Ruslar Sumıda bir ailənin dörd üzvünü öldürüb İkisi uşaqdır
Icma.az, Reyting.az saytına istinadən bildirir.
Bu gecə Rusiya dronları Sumı vilayətinin Çernetçina kəndində yaşayış binasına zərbələr endirib. Binada yaşayan evli cütlük və onların iki azyaşlı uşağı həyatını itirib.
Reyting.az xəbər verir ki, Sumı regional hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov faktı təsdiq edib.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Sumı vilayətində ikimərtəbəli və birmərtəbəli yaşayış binasının uçduğunu bildirib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evlərdən birinin dağıntıları altından 4 nəfərin - ailənin meyitlərini çıxarıblar.
“Bu, bütün ictimaiyyət və region üçün dəhşətli və əvəzedilməz itkidir. Ailə və dostlara dərin hüznlə başsağlığı verirəm. Bir ailənin ölümü bizim heç vaxt unutmayacağımız və bağışlamayacağımız faciədir”, - Qriqorov əlavə edib.
Qeyd edək ki, Rusiya pilotsuz təyyarələri gecə ərzində Kiyev vilayətinə də hücum ediblər. Nəticədə 1950-ci il təvəllüdlü qadın Brovarı rayonunda yaralanıb.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Bakıda dəm qazı bir ailənin iki üzvünü öldürüb
03 Fevral 2025 09:21
ABŞ SEPAH ın bir neçə üzvünü öldürüb
18 Mart 2025 20:42
ABŞ narkotik kartelinin 11 üzvünü öldürüb
03 Sentyabr 2025 02:37
ABŞ Suriyada Əl Qaidə üzvünü öldürüb
08 Oktyabr 2025 08:57
Bir ailənin üz üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verib
18 Yanvar 2025 17:49
Baxış sayı:77
Bu xəbər 30 Sentyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















