Icma.az
close
up
RU
Ruslar tərəfdə döyüşərkən əsir götürülən çinli əsgərlər…

Ruslar tərəfdə döyüşərkən əsir götürülən çinli əsgərlər…

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Xarici İşlər Nazirliyi Çinin müvəqqəti işlər vəkilini izahat üçün çağırıb…

...Bu arada ilk dəfə olaraq ukraynalı müdafiəçilər ruslar tərəfdə döyüşən Çinli əsgərləri əsir götürüblər.

SİA-nın məlumatına görə, əsir götürülən çinlilər Donetsk vilayətində rus ordusu sıralarında döyüşüblər.

Onlar döyüş zamanı, əllərində silah olanda əsir düşüblər, yəni…

Yenə bu arada “Focus” əsir düşən Çin əsgərləri haqqında bilinən bəzi şeyləri toplayıb.

…Qeyd olunur ki, çinli əsgərlər Rusiya Silahlı Qüvvələrinin sıralarında Ukraynaya qarşı döyüşüblər.

Əsir götürülən çinlinin dediyinə görə, onlar altı nəfər olublar. Onlardan yalnız ikisi əsir götürülüb, o birilər isə öldürülüb.

Bu, Tarasovka və Beloqorovka qəsəbələri daxilində baş verib.

…Və Zelenski Donetsk vilayətində Çin əsgərlərinin əsir götürülməsinə münasibət bildirib.

O deyib ki, döyüşçülər məhbusların sənədlərini, bank kartlarını da ələ keçirib və onların şəxsi məlumatlarını müəyyənləşdiriblər.

…İşğalçının bölmələrində ikidən çox belə Çin vətəndaşının olması ilə bağlı məlumatlar var. Hazırda bütün faktları dəqiqləşdiririk.

Bunu yazan Zelenski, əlavə edib ki, Ukraynanın xarici işlər nazirinə dərhal Pekinlə əlaqə saxlamağı və Çinin buna necə cavab vermək niyyətində olduğunu öyrənməyi tapşırıb.

…Rusiyanın Çinin birbaşa və ya dolayısı ilə Avropadakı bu müharibədə iştirakı Putinin müharibəni sona çatdırmaqdan başqa hər şeyi edəcəyinə dair açıq siqnaldır. O, döyüşü davam etdirmək üçün yol axtarır. Buna mütləq reaksiya lazımdır. ABŞ, Avropa və dünyada sülh olmasını istəyən hər kəsin reaksiyası…

Bunu da Ukrayna prezidenti qeyd edib.

Hazırda əsir götürülən Çin vətəndaşları Ukrayna Təhlükəsizlik Xidmətinə təhvil verilib. Hazırda müvafiq istintaq və əməliyyat tədbirləri davam etdirilir.

…“Ukrainska pravda”nın mənbələrinə görə, artıq bir neçə həftədir ki, Şimal istiqamətində Rusiya hərbçilərinin radio rabitələrində Çin vətəndaşlarının Rusiya tərəfində müharibədə iştirakına dair istinadlar görünür. Lakin ilk iki çinli ələ keçirildikdən sonra bu məlumat təsdiqlənib.

Ukraynalı döyüşçülər hesab edir ki, Çin əsgərlərinin Ukraynada olması təsadüfi deyil…onlar döyüş təcrübəsi qazanırlar?

…Ukrayna Xarici İşlər Nazirliyi Çin vətəndaşlarının Ukraynaya qarşı müharibədə iştirak etdiyini izah etmək üçün Çinin müvəqqəti işlər vəkilini çağırıb.

…Biz Rusiyanın Çin vətəndaşlarının Ukraynaya qarşı apardığı təcavüzkar müharibədə iştirakını, eləcə də onların Ukrayna qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirakını qətiyyətlə pisləyirik. Biz Çinin Ukraynadakı müvəqqəti işlər vəkilini öz etirazımızı bildirmək və izahat tələb etmək üçün Xarici İşlər Nazirliyinə çağırdıq.

Belə bir bəyanatınla şıxış edən Ukrayna Xarici İşlər naziri Sibiqa qeyd edib ki, Çin vətəndaşlarının Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasının tərəfində iştirakı Pekinə BMT Təhlükəsizlik Şurasının məsul daimi üzvü kimi etimadı sarsıdır və Çinin bəyan etdiyi sülhsevər mövqeyini şübhə altına alır.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Aprel 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see373

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see334

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see322

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see313

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see312

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see303

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see255

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see249

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see247

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see240

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see238

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see234

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see231

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see228

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see223

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see223

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see220

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see217

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see195

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri