Icma.az
close
up
RU
Ruslar Trampın ətrafında dolanır, ona təsir göstərməyə çalışırlar Stubb

Ruslar Trampın ətrafında dolanır, ona təsir göstərməyə çalışırlar Stubb

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Finlandiyanın Prezidenti Aleksandr Stubb Avropa müttəfiqlərini Moskvanın ABŞ Prezidenti Donald Trampa təsir göstərmək cəhdləri barədə xəbərdar edib.

Bizimyol.info xəbər verir ki, "The Telegraph" nəşrinin məlumatına görə, Stubb bildirib ki, "ruslar Trampın ətrafında dövr edir" və onun Ukraynada müharibənin dayandırılması ilə bağlı Vladimir Putinin planlarını qəbul etməsinə inandırmağa çalışırlar.

"İstəyənlər koalisiyası"nın görüşü zamanı Stubb Ukraynanın tərəfdaşlarına Ağ Ev ilə fəal dialoqu davam etdirməyi tövsiyə edib, çünki "Trampla danışan təkcə düşmən tərəf olmamalıdır" deyib.

O, əlavə edib ki, hazırda Tramp Avropanın müharibəni dayandırmaq istiqamətindəki səylərindəki rolundan məmnundur, lakin ətrafında yenidən rusiyalı nümayəndələr peyda olub. Bu xəbərdarlıq, Putin tərəfindən göndərilən xüsusi nümayəndə Kirill Dmitrievin ABŞ-a gələrək "Rosneft" və "Lukoil"ə qarşı yeni ABŞ sanksiyalarını yumşaltmağa çalışdığı zaman səslənib.

Avropa müttəfiqləri Moskvanın, Trampı Ukraynadakı atəşkəsə dəstək verməyə və bunun müqabilində Kiyevin ərazi güzəştləri etməyə razı salmağa çalışdığından narahatdırlar. Tramp artıq Budapeştdə Putinlə planlaşdırılan görüşü ləğv edib, çünki Putin Donbasın bir hissəsini Rusiyaya vermə tələbi ilə barışıq təklifini rədd edib.

Hazırda müttəfiq koalisiyası Britaniya Baş naziri Kiri Starmerin təklif etdiyi strategiya üzərində işləyir:

Avropa İttifaqı, dekabr ayına qədər bu planın yekunlaşdırılmasını nəzərdə tutur, baxmayaraq ki, Belçika bu planın qarşısında durur, çünki o, Rusiyanın dondurulmuş aktivlərinin əksəriyyətinə sahibdir.

Bu arada, Dmitriev CNN-ə bildirib ki, Rusiya, ABŞ və Ukrayna "diplomatik pakt" üzərində yaxınlaşır, amma Kiyev mövqeyini təkrarlayır - heç bir Ukrayna ərazisi Rusiyaya aid edilə bilməz.

Ukrayna mətbuatının verdiyi məlumata görə, Rusiya birbaşa investisiyalar fondunun rəhbəri və Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriev, ABŞ-a rəsmi danışıqlar üçün gedib. Görüş, Vaşinqtonun Moskvaya qarşı yeni sərt sanksiyaları elan etməsindən cəmi bir neçə gün sonra baş tutub.

ABŞ-a səfəri ilə əlaqədar Dmitriev bildirib ki, Rusiya, ABŞ və Ukrayna müharibəni sona çatdırmağa imkan verəcək bir diplomatik həllə yaxınlaşır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Oktyabr 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri