Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Ruslar vergilərin artmasına sevinəcəklər? Putindən qəribə açıqlama

Ruslar vergilərin artmasına sevinəcəklər? Putindən qəribə açıqlama

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vladimir Putinin günü gündən qeyri-adekvat, yalan, asanlıqla təkzib olunan açıqlama və bəyanatları artır.

Rusiya vətəndaşları, 2026-cı ildə vergi yükünün artmasına müsbət yanaşacaqlar, əgər toplanan pulların ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün istifadə ediləcəyini bilsələr.

“AzPolitika” xəbər verir ki, bunu Vladimir Putin dünən Kremldə Dövlət Şurasının iclasında deyib.

"Əgər biz yalnız maliyyə yükünün artırılması barədə danışmasaq, həm də iqtisadiyyatdakı "boz" sahələri azaltmaq üçün birlikdə çalışsaq, əgər biz çox vacib sənaye sahələrinə və müəssisələrə ünvanlı dəstək göstərsək, xalq qarşısında bütün sosial öhdəlikləri yerinə yetirsək və ölkənin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin təmin edilməsi məsələlərini həll etsək, bu, bütövlükdə ölkədəki vəziyyətə və vətəndaşlarımızın maliyyə rifahına müsbət təsir göstərməyə bilməz", - deyə Putin bildirib.

“Əgərlər”lə dolu olan çıxışında Putin əlavə edib ki, bu halda insanlar vergilərin artırılması ilə bağlı qərarları "tam başa düşəcəklər" və "dəstəkləyəcəklər".

Xatırladaq ki, 2026-cı ildən başlayaraq Rusiya yeni vergi islahatına başlayacaq və Maliyyə Nazirliyinin hesablamalarına görə, bu, büdcəyə 2,3 trilyon rubl əlavə gəlir gətirməlidir. ƏDV dərəcəsi 22%-ə qədər artacaq. Bu, 1992-ci ildən bəri rekord səviyyədir. Vergi artımı hökumətə 1,2 trilyon rubl gəlir gətirməlidir.

Eləcə də sadələşdirilmiş vergi sistemi çərçivəsində kiçik müəssisələr üçün illik dövriyyə həddi 20 milyon rubla endiriləcək. Maliyyə Nazirliyinin hesablamalarına görə, daha yüksək gəlir əldə edənlər ƏDV ödəməyə başlayacaqlar. Bu da əlavə 200 milyard rubl deməkdir. Bundan əlavə, 2026-cı ilin sentyabr ayından etibarən avadanlıq və elektronikaya "texnologiya rüsumu" tətbiq ediləcək və hakimiyyət orqanları bundan üç il ərzində daha 200 milyard rubl əldə etməyi gözləyir.

Rusiya Elmlər Akademiyasının İqtisadi Proqnozlaşdırma İnstitutunun mütəxəssislərinin hesablamalarına görə, ƏDV artımının ümumi maliyyə təsiri 1,4 trilyon rubl təşkil edəcək. Nəticədə ölkədə demək olar ki, bütün mal və xidmətlərin qiymətlərinin kütləvi şəkildə artması səbəbindən istehlakçılar, yəni, ruslar bu məbləğin 1,2 trilyon rublunu öz ciblərindən ödəməli olacaqlar. Putinin dediyindən isə belə çıxır ki, onlar bunu dəstəkləyəcək, hətta sevinəcəklər...

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Dekabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see334

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see198

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see197

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see174

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see168

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see167

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see164

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see154

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see151

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see149

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see148

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see146

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see142

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see139

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see139

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see138

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see137

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see137

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri