Icma.az
close
up
RU
Rusların Qara dənizlə bağlı arzuları bu il reallaşmayacaq..?

Rusların Qara dənizlə bağlı arzuları bu il reallaşmayacaq..?

Icma.az, Sia Az saytına istinadən bildirir.

Bu il istirahətini Qara dənizdə keçirməyi planlaşdıran rusların arzuları, deyəsən,.. ürəklərində qalacaq..?

Səbəb 2024-cü ilin dekabrında Qara dənizə mazut sızmasıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hər beşinci respondent (19 faiz) bu yay Qara dəniz sahillərində istirahət etməyi planlaşdırırmış.

Onların 15 faizi Qara dənizdə mazut tankerlərinin batmasından sonra planlarına şübhə etdiklərini bildiriblər. Sorğu iştirakçılarının 4 faizi səfərini ləğv etməyəcək.

Eyni zamanda bəziləri orada qohumlarının olduğunu və onların yanına gedəcəklərini qeyd ediblər.

RBC bu barədə SuperJob sorğusunun məlumatlarına əsaslanaraq yazıb.

Qara dənizə getməyi planlaşdıranlar arasında uşaqlı ailələr (23 faiz) uşaqsız ailələrdən (13 faiz) daha çox olub.

Ailə nümayəndələri arasında 17 faiz bu bölgədə istirahət etməyə dəyər olub-olmadığını düşünür, uşaqsız insanlar arasında isə bu rəqəm 11 faiz təşkil edir.

Respondentlərin 67 faizi Qara dənizə səyahət etməyi planlaşdırmayıb, 14 faizi isə cavab verməkdə çətinlik çəkib. Tədqiqatda yaşı 18-dən yuxarı olan 1600 rusiyalı iştirak edib. Sorğu yanvarın 27-dən 30-dək aparılıb.

Xatırladaq ki, “Volgoneft-212” və “Volgoneft-239” tankerləri 2024-cü il dekabrın 15-də fırtına zamanı batan zaman 9,2 min ton mazut Qara dənizə tökülüb. Əsas çirklənmə əraziləri Anapa və Taman sahilləridir.

Soçidə sahil və su zonasının vəziyyətinə nəzarət edilir.

Qeyd edilir ki, neft məhsulları artıq Azov dənizinə də çatıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, fevralın 1-nə hər gün təxminən 1000 km çirklənmiş ərazilər tədqiq edilir. Krasnodar diyarında təxminən 177 min ton çirklənmiş torpaq çıxarılaraq utilizasiya edilib; 136 min ton qum təmizlənməsi üçün müvəqqəti anbara göndərilib.

Mazutun dağılmasının nəticələrinin aradan qaldırılması üçün 5000-dən çox insan və 600-dən çox texnika işləyir. Bundan əvvəl bildirilmişdi ki, mazut dağılmasına baxmayaraq, turistlər Krımda otel rezervasiyalarını ləğv etmirlər.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Fevral 2025 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri