“Rusların qarşısına mayın 9 dək Dnepropetrovskə daxil olmaq tapşırığı qoyulub” Ekspert
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
“Rusiya rəhbərliyi ordunun qarşısına Dnepropetrovsk vilayətinin inzibati ərazisinə daxil olmaq tapşırığı qoyub. Bunun üçün ruslar öz əsgərlərini əsirgəmirlər. Bu istiqamətdə rusların meyitləri səpələnib”.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitri Jmaylo deyib.
“Orada vəziyyət həqiqətən də ağırdır. Üstəlik rus ordusunun qarşısına mayın 9-na kimi Dnepropetrovsk vilayətinin sərhədini keçmək tapşırığı qoyulub. Onlar heç bir taktiki və ya strateji tapşırığı yerinə yetirmirlər. Bundan sırf öz məlumat və psixoloji əməliyyatları üçün istifadə etmək istəyirlər”, - ekspert qeyd edib.
Ekspert əlavə edib ki, ruslar Dnepropetrovsk vilayətinə qismən daxil olsalar belə, kritik heç nə baş verməyəcək.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 30 Aprel 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















