Icma.az
close
up
RU
​RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU… Mümkün qərar azərbaycanlılar üçün də təhlükəlidir

​RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU… Mümkün qərar azərbaycanlılar üçün də təhlükəlidir

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər Rusiyada orduya yeni səfərbərlik elan ediləcəyi barədə xəbərlər çoxalıb. Xüsusilə də Rusiya “Z-kanalları” bu payız yeni səfərbərlik dalğasının baş verə biləcəyini bildirir. Bu xəbərlər Rusiyanın bəzi bölgələrində hərbi çağırışçıların səfərbərlik bildirişləri almağa başlaması ilə daha da aktuallaşıb. Eyni zamanda, hərbi qeydiyyat sisteminin təkmilləşdirilməsi və hətta sərtləşdirilməsi (çağırış alanların hüquqlarının məhdudlaşdırılması) müşahidə olunur.

Kreml səfərbərliyə gedəcəkmi? Bu gün Rusiya əhalisini ən çox düşündürən suallardan biri məhz budur. Bu sual əlbəttə ki, Rusiya vətəndaşlığı olan azərbaycanlıları da narahat edir. Rusiya bu müharibə dövründə açıq şəkildə göstərib ki, ilk olaraq qeyri-rusları “ovlamağa” və ən qaynar nöqtələrə “top əti” kimi göndərməyə üstünlük verir.

Cəbhədəki uğursuzluq, müharibənin dalana dirənməsi və çoxsaylı itkilərə baxmayaraq irəliləyişin olmaması ilk baxışda səfərbərliyin qaçılmaz olduğuna dair təsəvvür yaradır. Lakin riskli və nəticəsi şübhəli görünən səfərbərlik qərarının veriləcəyini sual altına alan xeyli ciddi məqamlar var.

Birincisi, iqtisadi səbəblərə görə səfərbərliyin elan ediləcəyi inandırıcı görünmür. Müharibə açıq şəkildə Rusiya iqtisadiyyatını və dövlət büdcəsini tükəndirir. Büdcə kəsirini qapatmaq üçün elmdən tibbə qədər hər cür xərc maddələri azaldılır, əvəzində, hər cür vergi və cərimələr artırılır. Aydındır ki, daha bir neçə il davam edən müharibə və yeni bir səfərbərlik onsuz da ağır olan iqtisadi vəziyyəti dərin böhran həddinə qədər pisləşdirə bilər.

İkincisi, siyasi səbəblərdir. Aydındır ki, səfərbərlik qərarı daha da böyük sosial gərginliyə səbəb olacaq və gözlənilməz nəticələr yaradacaq. Rusiyalılar zatən həm sosial-iqtisadi vəziyyətin pisləşməsindən, həm də internet bloklamaları başda olmaqla müharibənin yaratdığı digər çətinliklərdən narazıdırlar. Cəmiyyət müharibədən bezib. Vladimir Putinin reytinqi isə hətta Kremlə yaxın mərkəzlərin keçirdiyi rəsmi sorğulara görə belə durmadan, kəskin şəkildə aşağı düşür. Siyasi hakimiyyətin özü də hər nə qədər reallıq hissini itirsə belə, bunu görür və başa düşür. Buna görə də hakimiyyət bir neçə ildir rusiyalıları orduya pulla müqaviləli xidmətə cəlb etməyə çalışır, bəzən çağırışçılara təzyiq göstərir, bəzən tələbələri şirnikləndirir, bəzən kredit borclarını silməyi vəd edir və sair. Lakin səfərbərliyə getmir.

Üçüncüsü, sırf hərbi səbəblər var. 2022-ci ilin payızındakı qismən səfərbərlikdən bəri müharibə öz təbiətini kökündən dəyişib və "dron müharibəsi"nə çevrilib. Artıq canlı qüvvə və hərbi texnika ilə kütləvi hücumlar mümkün deyil. Yalnız kiçik qruplarla əraziyə nüfuz etmək taktikası aparılır ki, bu da böyük həcmli və effektiv irəliləyiş təmin edə bilmir. Hazırda cəbhədə heç normal təmas xətti də mövcud deyil. Bunun əvəzinə onlarla kilometr uzanan və hər iki tərəfdən dronlarla durmadan izlənilən “ölüm zonası” var. İndi hər iki tərəfdə o qədər çoxlu sayda dron var ki, bir əsgərə onlarla FPV dron düşür.

Üstəlik, bütün “Z-kanallar” da etiraf edirlər ki, ukraynalılar daha çox təkmilləşdirdikəri dronlarla təkcə birbaşa cəbhədə Rusiya canlı qüvvəsini və texnikasını məhv etmir. Həm də cəbhədən 100-150 kilometr məsafədəki logistika xətlərini vurur. Son olaraq Rusiyadan Krıma gedən yeni M-14 yolunun mütəmadi olaraq Ukrayna dronları ilə vurulması bunun əyani sübutudur. Bu yol həm də işğalçı qüvvələrin hərbi təchizatını həyata keçirir. Hazırda həmin yol faktiki olaraq keçilməz olub.

Odur ki, səfərbərlik olunsa belə, cəbhədə artıq canlı qüvvə sayı həlledici rol oynamır. Ukraynanın bir neçə PUA operatoru eyni zamanda onlarla, bəlkə də yüzlərlə rus əsgərinin qarşısını ala biləcək imkanlara malikdir.

Əlbəttə ki, Rusiya bir neçə yüz min əsgər cəlb edə, onları tələsik təlimləndirə, yarımçıq da olsa təchiz edə və Donbasın arzuladığı sərhədlərinə çatmaq üçün Slavyansk-Kramatorsk aqlomerasiyasına hücuma göndərə bilər. Lakin bu, o qədər böyük itkilərə səbəb olar ki, rəsmi təbliğatçılar tərəfindən elan edilən hər hansı bir "qələbə" Pirr qələbəsi kimi görünər. Bəzi “Z-ekspertlər” Donbasın qalan hissəsinin işğalı üçün Rusiyanın 1 milyona yaxın itki verməli olacağını deyirlər.

Üstəlik, hazırda Ukrayna dronlarının təkcə Donetsk və Luqanska deyil, hətta Urala da asanlıqla çata bildiyi vəziyyətdə, bütün işğal edilmiş ərazilərin Rusiya tərəfindən necə idarə oluna və saxlanıla biləcəyi də şübhə altındadır.

Beləliklə, dronlara qarşı əlac tapılmayınca, yüzminlərlə, hətta milyonlarla insanı orduya səfərbər etməyin mənası olmayacaq, vəziyyət dəyişməyəcək.

Bütün bu qeyd etdiklərimiz rasional, məntiqli yanaşmadan doğan nəticələrdir. Ancaq problem ondadır ki, Kreml çoxdan reallıq hissini və ölçüsünü bilərəkdən, yaxud özü də bilmədən itirib. Bəzən elə qərarlar və açıqlamalar verilir ki, bunların normal ağılın məhsulu olduğunu heç cür qəbul etmək omur. Ona görə də yeni səfərbərlik ehtimalını tamamilə istisna etmək də doğru olmaz. Odur ki, xüsusilə də Rusiya vətəndaşlığı olan həmvətənlərimizin mümkün qədər Rusiyadakı qeydiyyat ünvanından kənarda yaşaması, heç bir müqaviləyə imza atmaması, hərbi komissarlıqlardan mümkün qədər uzaq durması gərəkdir.

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 İyun 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see308

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see308

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see289

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see269

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see263

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see260

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see247

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see233

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see226

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see223

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see222

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see220

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see218

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see215

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see201

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see199

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see196

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see192

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri