Icma.az
close
up
RU
Rusların vurduğu sərnişin təyyarələri SİYAHI

Rusların vurduğu sərnişin təyyarələri SİYAHI

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AZAL-ın təyyarəsinin Rusiyanın havadan müdafiə sistemi tərəfindən vurulmasına artıq demək olar ki, heç bir şübhə qalmayıb.  

Məlum olduğu kimi, faciə nəticəsində 38 nəfər həlak olub, 29 yaralı var.

Qeyd edək ki, bu, rusların vurduğu ilk sərnişin təyyarəsi deyil.

Lent.az bundan əvvəl baş verən həmin hadisələri təqdim edir. 

“Kaleva” təyyarəsinin məhv edilməsi

“Kaleva” təyyarəsinin məhv edilməsi 14 iyun 1940-cı il iyunun 14-də Finlandiya körfəzi sularında baş verən aviasiya qəzasıdır. Finlandiyaya məxsus Junkers Ju 52/3mge "Kaleva" təyyarəsi Estoniyanın paytaxtı Tallindən Finlandiyanın paytaxtı Helsinkiyə 1631 saylı reysi yerinə yetirərkən bir neçə dəqiqədən sonra sovet hərbi təyyarəsi tərəfindən vurulub. 

Nəticədə 9 nəfər həlak olu, o cümlədən bir neçə diplomat.

Hadisə sovet qoşunları tərəfindən Estoniyanın faktiki blokadası zamanı və qoşunların dərhal daxil olmasına üç gün qalmış baş verib; Rəsmi olaraq heç kim sovet tərəfinə heç bir iddia irəli sürməyib.

Saxalində “Boeing 747”nin vurulması

Saxalin üzərində Boeing 747 qəzası 1983-cü il sentyabrın 1-nə keçən gecə baş verib və dünyanın 15-ci ən böyük aviasiya qəzası olub. Korean Air Lines (KAL) Boeing 747-230B Nyu-York-Ankoric-Seul marşrutu üzrə planlı qitələrarası KE007 (çağırış işarəsi KAL 007) uçuşu həyata keçirib; onun Seula uçuşu Sakit okeanın neytral suları üzərində baş tutmalı idi.

Bir müddətdən sonra təyyarə o qədər qərbə doğru yayınıb ki, SSRİ-nin qapalı hava məkanına daxil olub və Kamçatka (bir sıra hərbi obyektləri keçərək), daha sonra Saxalin adasının üzərindən uçub, orada tutulub və sonra SSRİ Hərbi Hava Qüvvələrinə məxsus Su-15TM qırıcısı, tərəfindən vurulub. Bundan sonra Saxalindən 37 kilometr cənub-qərbdə La Perouse boğazına düşüb. Təyyarədə olan 269 nəfərin hamısı - 246 sərnişin və 23 ekipaj üzvü həlak olub.

Fəlakət o dövrdə SSRİ ilə ABŞ arasında onsuz da çətin olan münasibətlərin ciddi şəkildə kəskinləşməsinə səbəb olub.

Donetsk vilayətində Boeing 777 qəzaya uğramsı

2014-cü il iyulun 17-də Ukraynanın Donetsk vilayətinin “Donetsk Xalq Respublikası”nın nəzarətində olan ərazisində, Ukrayna hökumət qüvvələri ilə Rusiyanın faktiki nəzarətində olan tanınmamış Donetsk və Luqansk Xalq Respublikalarının birləşmələri arasında silahlı qarşıdurma baş verən ərazidə, Boeing 777 sərnişin təyyarəsi vurulub.

Malaysia Airlines Boeing 777-200ER Amsterdam-Kuala Lumpur marşrutu üzrə MH17 reysini yerinə yetirib, lakin havaya qalxdıqdan təxminən 2 saat 49 dəqiqə sonra Rusiyanın Buk zenit-raket kompleksindən atılan 9M38 seriyalı raketlə vurulub və bir neçə hissəyə dağılıb. Təyyarənin qalıqları Qrabovo, Rassıpnoye, Petropavlovka və şəhər tipıi Rassıpnoye kəndi yaxınlığında yerə düşüb. Təyyarədə olan 298 nəfərin hamısı - 283 sərnişin və 15 ekipaj üzvü həlak olub.

Təyyarə qəzası bəşəriyyət tarixində ən böyük onluğa daxil olub. 21-ci əsrdə ən böyük, postsovet məkanında, Şərqi Avropada və Malayziya aviasiya tarixində ən böyüyü olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Dekabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri