Rüstəm Əhmədzadə “Qarabağ”ın qərarını gözləyir
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mövsüm başa çatan kimi icarə əsasında çıxış etdiyi “Zirə”dən ayrılan Rüstəm Əhmədzadə müqavilə ilə məxsus olduğu “Qarabağ”dan xəbər gözləyir.
İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Ağdam klubunda qalıb-qalmayacağını hələ bilmir.
“Qarabağ”la müqavilə müddəti gələn ilin yayına qədər olduğundan, millimizin üzvü barədə son söz kluba məxsusdur. Ancaq futbolçu çətin ki, “Qarabağ”a qayıtsın. Çünki əsasən əcnəbi transferlərində maraqlı olan baş məşqçi Qurban Qurbanovun gələcək planlarında Əhmədzadəyə yer yoxdur.
Bu səbəbdən rəhbərlik onunla vidalaşmağın yollarını axtaracaq. Cinah oyunçusu özü “Qarabağ”dan ayrılacağı təqdirdə belə, Azərbaycanda qalmağın tərəfdarıdır. Ukraynada müharibə davam etdiyindən, Əhmədzadə ora qayıtmaq fikrindən uzaqdır. Buna görə də növbəti mövsümü Premyer Liqamızın digər klublarından birində keçirməyin tərəfdarıdır.
Qeyd edək ki, Rüstəm Əhmədzadə “Qarabağ”a 2022-ci ilin yanvarında Ukraynanın “Minay” klubundan keçib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 19 İyun 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















