Rüstəm Məmmədov: “Heç kimi vurmamışam, məsələ şişirdilib”
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Əslində, məsələ tamamilə şişirdilib və düşünürəm ki, qərar səhv verilib. Oyunun videoçəkilişi də olmayıb". Bu sözləri Sport24.az-a açıqlamasında Rüstəm Məmmədov deyib.
"Alfa"nın baş məşqçisi AFFA İntizam Komitəsinin onunla bağlı qəbul etdiyi qərara münasibət bildirib:
"Bəli, yüngülvari insident yaşanıb, amma bu, yazıldığı qədər qabardılacaq və böyüdüləcək hadisə deyil. Baş verənlər düzgün qiymətləndirilməyib. AFFA İntizam Komitəsinin qərara yenidən baxacağı gözlənilir. Vurmaq, döymək kimi hal olmayıb. Sadəcə, məşqçilər arasında yarana biləcək adi bir mübahisə baş verib. Heç kimi vurmamışam, döyməmişəm. Buna görə də hadisənin bu qədər böyüdülməsini düzgün hesab etmirəm. Hakimin qərarı hansı əsaslarla yazdığını bilmirəm. Axı söhbət uşaq futbolundan gedir və belə oyunlarda videoçəkiliş olmur. Hadisənin necə baş verdiyini əks etdirən görüntülər də yoxdur. Qərarla bağlı apellyasiya şikayəti verməyi isə düşünmürəm".
Qeyd edək ki, AFFA İntizam Komitəsinin qərarına əsasən, AFFA U-13 Liqasında baş tutan "Alfa" (Zaqatala) – "Aslan" (Zaqatala) matçında "Alfa" komandasının baş məşqçisi Rüstəm Məmmədov rəqib komandanın məşqçisinə qarşı fiziki zor tətbiq edərək davaya səbəb olduğu üçün cəzalandırılıb. Ona 5 oyunluq cəza verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 Oktyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















