Icma.az
close
up
RU
Rüstəm Orucov: Hazırda bütün diqqətimi Səudiyyə Ərəbistanı yığmasına yönəltmişəm ə MÜSAHİBƏ

Rüstəm Orucov: Hazırda bütün diqqətimi Səudiyyə Ərəbistanı yığmasına yönəltmişəm ə MÜSAHİBƏ

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Olimpiya oyunlarının gümüş medalçısı, dünya çempionatının ikiqat finalçısı, Avropa çempionu olan Rüstəm Orucov idman karyerasını başa vurduqdan sonra cüdo sahəsində uğurlu funksioner fəaliyyətinə başlayıb. Hazırda o, Səudiyyə Ərəbistanında cüdonun inkişafı üçün çalışır.

Orucov İdman.biz-ə müsahibəsində işinin özəlliklərindən, gələcək planlarından, qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarından və digər mövzulardan danışıb.

- Rüstəm, demək olar ki, bu il karyeranızda əla bir dönüş oldu - siz artıq Səudiyyə Ərəbistanı Olimpiya Komitəsi nəzdində cüdo üzrə performans direktoru vəzifəsində çalışırsınız. Bu təklif sizin üçün bir qədər gözlənilməz oldu?

- Düzünü desəm, bu barədə uzun müddət düşündüm. Əvvəllər də müxtəlif təkliflər almışdım, amma hamısına "yox" demişdim. Bu təklif isə məhz Səudiyyə Ərəbistanının Milli Olimpiya Komitəsindən gəldiyinə və çox yaxşı şərtlər təklif etdiklərinə görə məni cəlb etdi. Buna baxmayaraq, qərar vermək asan olmadı, çünki köçmək çətin idi. Amma sonda qərara gəldim ki, bu iş mənim üçün böyük bir addım olacaq, bu sahədə təcrübə toplamağa kömək edəcək. İnanıram ki, bu vəzifədə özümü yaxşı tərəfdən göstərəcəyəm və uğurlu nəticələr əldə edəcəyik.

- Eyni zamanda, siz Avropa Cüdo İttifaqının (EJU) komissarısınız, Beynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyasının kurslarında çalışırsınız, ustad dərsləri keçirirsiniz. Bütün bunlara necə vaxt tapırsınız? Günləriniz, yəqin ki, bir neçə ay əvvəldən planlaşdırılıb?

- Doğrudan da, hazırda çox sıx qrafikdəyəm. Hətta EJU-nun bəzi yarışlarında və IJF kurslarında iştirakdan imtina etmişəm, çünki hazırda bütün diqqətimi Səudiyyə Ərəbistanı yığmasına yönəltmişəm. İstəyirəm ki, ölkədə cüdonun səviyyəsini qaldıraq və performans direktoru kimi uğur əldə edim. Bütün dünyaya göstərmək istəyirəm ki, yalnız idmançı yox, funksioner olaraq da uğur qazanmaq mümkündür. Buna görə ilin sonunadək bütün xarici səfərlərdən imtina etmişəm. Amma növbəti mövsümdə EJU-nun bəzi turnirlərində və IJF kurslarında iştirak etməyə çalışacağam ki, bu istiqamətdə də fəaliyyətimi davam etdirim.

- Səudiyyə Ərəbistanında cüdonun inkişafı necə gedir? Qarşınıza hansı məqsədlər qoyulub?

- Artıq milli komandanın heyəti formalaşıb. Ölkənin bütün bölgələrinə səfərlər edərək, yerli yarışlarda müşahidələr apararaq idmançıları seçmişik. Yerli cüdoçuların peşəkarlığını artırmaq üzərində işləməyə davam edirik, amma artıq onlar beynəlxalq arenada çıxış edə biləcək səviyyəyə çatırlar. Ümid edirik ki, bir neçə il ərzində yaxşı nəticələr əldə edə biləcəyik.

- Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi isə əfsanəvi İlias İliadisdir. Sizin aranızda isti dostluq münasibətlərinin olduğunu da nəzərə alsaq, bu tandemdə işləmək necədir?

- Bizim çox yaxşı kollektivimiz var və bu cür işdə bu, çox önəmlidir. Hər yerdə qarşılıqlı hörmət var, bir-birimizə güvənirik. Düzünü desəm, belə səmimi bir komanda nadir hallarda rast gəlinir, amma elə bununla da dəyərlidir. Ümid edirəm ki, birlikdə sona qədər gedəcək və yaxşı nəticələr göstərəcəyik.

- Bakıdakı “Böyük Dəbilqə” turnirinin mükafatlandırma mərasimində siz Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə birlikdə medal təqdim edirdiniz. Bu necə bir hiss idi və onun dəstəyini hiss edirsinizmi?

- Təbii ki, IJF prezidentindən dəstək hiss edirəm. Doğum günüm münasibətilə təbrik etməsi, hal-əhval tutması çox xoş oldu. Bakıdakı mükafatlandırma mərasimində də vəziyyətlə maraqlandı. Yəni Marius Vizerin mənə verdiyi dəstəyi tam şəkildə hiss edirəm.

- Yeni ildən etibarən qaydalarda dəyişiklik oldu, “yuko” qiymətləndirməsi geri qayıtdı. Sizcə, bu cüdoya əlavə dinamika qatdımı?

- Məncə, yeni qaydalar əvvəlkilərdən daha yaxşıdır. Məsələn, əvvəllər rəqibi mübahisəli bir fəndlə ippon və ya vazariyə ata bilirdin və hakimlər tez-tez vazari verirdilər. İndi isə “yuko” qiyməti qayıdıb və bu, sanki cüdonu balanslaşdırır. Bu dəyişikliyə görə çox sevinirəm. İndi əlavə vaxtda daha az mübarizə olacaq, çünki beş saniyə saxlamaq da xal qazandırır. Tamaşaçılar üçün də döyüşləri izləmək daha maraqlıdır.

- Bu il İslam Həmrəyliyi Oyunları Ər-Riyadda keçiriləcək. Təşkilatçılar tərəfindən hazırlıq prosesi necə gedir?

- Hazırlıq çox ciddi şəkildə aparılır. Cüdo yarışlarının keçiriləcəyi zalı görmək imkanım oldu - heyrətamizdir! Fikrimcə, hər şey yüksək səviyyədə olacaq və komandamız uğur qazanacaq.

- Qarşıdakı illər üçün şəxsi hədəfləriniz nələrdir?

- Bu il bizim üçün bir növ seleksiya ili oldu. İdmançıları axtardıq, yerli çempionatlarda iştirak etdik, kadetlər, gənclər və böyükləri seçdik. Daha sonra komandamızın güclənməsi üçün təlim-məşq toplanışları keçirdik. Artıq uşaqlarda bir alov hiss olunur - peşəkar idmanın nə olduğunu anlamaya başlayıblar. Axı əvvəllər gündə iki dəfə məşq etmirdilər. İndi isə qalib gəlmək istəyirlər, turnirlərə gedirlər, Olimpiya və dünya çempionlarını görürlər. Onların gözlərində mübarizə istəyi var. Əvvəllər Səudiyyə Ərəbistanında cüdo haqqında heç kim eşitməmişdi. İndi isə yarışlara gedəndə bizim idmançılara münasibət dəyişib. Məsələn, böyüklər və gənclər arasında Avropa kuboklarında iki yarışda beşinci olduq - bu, Səudiyyə Ərəbistanı üçün tarixi nəticədir. Biz hələ yolun əvvəlindəyik. Əsas uğur isə böyük turnirlərdə nəticə əldə edəndə gələcək. Mən buna inanıram.

Zəki Feyzullayev
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Avqust 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see214

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see210

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see165

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see156

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see151

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see147

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see145

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see145

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see139

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see136

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see134

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see133

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri