Rüstəm Xəlilov Xələc sakinləri ilə görüşdü FOTOLAR
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Salyanda sakinlərlə növbəti səyyar görüş Xələc kəndində keçirilib.
Modern.az xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Xələc kənd sakinləri ilə səyyar qəbul keçirib.
Xələc-1 kənd tam orta ümumtəhsil məktəbinin binasında keçirilən qəbulda çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışıb, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulayıb.
Qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin olunması rayon rəhbərliyinin fəaliyyətində əsas prioritetlərdən biridir. Bildirilib ki, keçirilən bu cür görüşlər əhalinin problemlərinin operativ şəkildə həllinə, eyni zamanda yerli icra strukturları ilə sakinlər arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Qəbul zamanı bəzi müraciətlər üzrə dərhal tədbirlər görülməsi üçün tapşırıqlar verilib, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək icra vəziyyətinin mütəmadi izlənəcəyi vurğulanıb.
{gallery}
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 20 Oktyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















