Rüsum xatırlatması: “Neftçi” limitə düşdü
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Neftçi” yay transfer çalışmalarını davam etdirir. “Ağ-qaralar” son olaraq Şotlandiyanın “Dandi Yunayted” klubundan Viçko Seveli transfer edib.
Xorvatiyalı müdafiəçi “ağ-qaralar”ın 15-ci legioneridir. “Neftçi” Peşəkar Futbol Liqasına isə hələlik 14 əcnəbi sifariş edib. Qapıçı Kenan Piriçlə yolların ayrılması gündəmdədir və qolkiper iştirak ərizəsində yoxdur.
Viçkonun isə yaxın günlərdə sifariş olunacağı gözlənilir.
Misli Premyer Liqasında legioner limitinin ləğvindən sonra klubların əcnəbilər üçün ödəməli olduğu rüsum müəyyənləşdirilib.
Ötən ilin fevralında keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilən ödəmələrlə bağlı qərar belədir:
1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN
Bu isə o deməkdir ki, “Neftçi” yeni xorvat futbolçusu üçün əlavə 100 min manat ödəməli olacaq. “Neftçi”nin bu mövsüm indiyədək ödədiyi məbləğ isə 14 legioner üçün ümumilikdə 285 min manatdır. Viçkonun da siyahıya salınması ilə bu rəqəm daha 100 min manat artacaq.
Qaydalara əsasən, “Neftçi” mövsüm ərzində hər hansı legionerlə yollarını ayırsa belə, yeni əcnəbi transferi 16-cı futbolçu kimi hesablanacaq. Bu isə “ağ-qaralar”ın növbəti transfer üçün 200 min manat ödəməli olacağı anlamına gəlir.
Mövsümə çempionluq iddiası ilə başlayan “ağ-qaralar” 3 turda 6 xal qazanıb. Nisbətən zəif rəqiblərlə duellərdən (“Araz-Naxçıvan” və “Sumqayıt”) inamlı qələbə ilə ayrılan bakılılar ilk ciddi sınağından (“Zirə”yə qarşı 0:1) məyus ayrıldı. Hələlik, yeni transferlər özlərini yaxşı tərəfdən göstərə bilməyiblər. Uyğunlaşmaları üçün zamana ehtiyac var və bu, başadüşüləndir. Lakin 3-5 tur sonra nəticələr yenidən qənaətbəxş olmasa, komanda üzərində təzyiq artacaq, milyonlar qarşılığında gətirilən legionerlər tənqid olunacaq. Bir neçə ildir uğursuz transfer siyasəti ilə gündəmə gələn “ağ-qaralar”ın bu dəfə hansı yol xəritəsini cızacağı maraqla gözlənilir.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 02 Sentyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















