Icma.az
close
up
RU
Rüşvət olduğu deyilən məktəbin direktoru cəzalandırıldı Rəsmi

Rüşvət olduğu deyilən məktəbin direktoru cəzalandırıldı Rəsmi

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

- +

Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə şagirdlərə məcburi şəkildə sınaq biletinin satılması və rüşvət alınması ilə bağlı iddialar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə valideynlərdən birinə məxsus səs yazısı paylaşılıb. Övladının 5-ci sinifdə təhsil aldığını qeyd edən valideyn sözügedən məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu yığıldığını deyib.

Qadın Təhsil İdarəsinin adından övladının çantasına məcburi şəkildə yeddi manatlıq tədris mərkəzinin sınaq biletinin qoyulduğunu bildirib: “Mən həmin bileti də götürüb Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun vətəndaş qəbuluna getmişəm. Ona həmin sınaq biletinin məcburi şəkildə məktəblərə verdiyini bildirmişəm. Bizi məcbur edirlər ki, bu sınaq biletlərini alın, yarımillik qiymətləndirmə bunun əsasında yazılacaq. O isə bu biletlərdən xəbəri olmadığını bildirdi”.

Valideyn həmin bileti Gəncə Şəhər Prokurorluğuna, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də təqdim etdiyini əlavə edib.

Məsələ ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama yayıb. Qurumdan bildirilib ki, idarəyə daxil olan valideyn və vətəndaş müraciətləri operativ şəkildə qeydiyyata alınır və həmin müraciətlər əsasında müvafiq yoxlama-nəzarət tədbirləri həyata keçirilir: “Təhsil müəssisələrində valideynlərin əlavə tədris materialları almasına təşviq edilməsi, eləcə də müxtəlif sınaq imtahanları üçün məcburi şəkildə hər hansı vəsaitin toplanılması yolverilməzdir. Bildiririk ki, Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin fəaliyyəti ilə bağlı yayılan səsyazısı ilə əlaqədar olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib. Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.

İdarədən, həmçinin bildirilib ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə təhsil müəssisələrində sistemli və ardıcıl şəkildə yoxlama-nəzarət tədbirləri həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 Dekabr 2024 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see418

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see261

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see200

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see183

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see178

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see176

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see165

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see164

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see161

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see145

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see143

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri