Icma.az
close
up
RU
Rüşvət verib hərbi xidmətdən yayınanları hansı cəza gözləyir?

Rüşvət verib hərbi xidmətdən yayınanları hansı cəza gözləyir?

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər görülüb. Görülən tədbirlər nəticəsində ötən il Xidmətin 249 əməkdaşı məsuliyyətə cəlb edilib.

Ehtimal edilir ki, qeyd olunan əməkdaşların əksəriyyəti əvvəllər hərbi xidmətdən yayınmaq istəyən vətəndaşlara görə məsuliyyətə cəlb edilib. 

Bəs əvvəlki dövrlərdə rüşvət verərək hərbi xidmətdən yayınan şəxslər barəsində qanunvericilikdə hansı cəza tədbirləri nəzərdə tutulur?

Modern.az mövzu ilə bağlı vəkil Emil Aslanovla həmsöhbət olub.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində rüşvət vermə ilə bağlı məsuliyyət nəzərdə tutulur:

“Cinayət Məcəlləsinin 312-ci maddəsi ilə rüşvət vermə aktiv rüşvətxorluq hesab edilir. Həmin maddənin birinci hissəsi ilə yəni xidməti vəzifəsinin səlahiyyətlərinin icrası ilə əlaqədar hərhansı hərəkətin edilməsi vəya hərəkətin edilməsindən imtina olunması müqabilində onun özü və ya 3-cü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən yaxud vasitəçidən istifadə etməklə maddi vəsait, nemət, imtiyaz yaxud güzəşt tətbiq olunması vəd verilməsi hesab olunur. Həmin maddənin sanksiyasında 5 min manatdan 8 min manata qədər cərimə, 3 ildən 5 ilə qədər azadlığın məhdudlaşdırılması yaxud 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub”.

Vəkil qeyd edib ki, həmin maddənin qeyd hissəsində də göstərildiyi kimi şəxs rüşvət verməsi barədə hüquq mühafizə orqanlarına məlumat verirsə, o halda cinayət məsuliyyətindən azad edilə bilər.

Eyni zamanda qeyd edək ki, Cinayət Məcəlləsinin 321-ci maddəsinə görə hərbi xidmətdən boyun qaçırma da azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Müharibə dönəmində qanuni əsaslar olmadan hərbi xidmətdən yaxud səfərbərlik üzrə növbəti çağırışdan imtina etmə, boyun qaçırma qanunvericilik ilə 3-6 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Mart 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri