Rütbəni kim verib sənə? Sən mütləq general olacaqsan FOTO
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.
“Ölkə.Az” xəbər verir ki, söhbət zamanı dövlət başçısının hərbi forma geyinmiş azyaşlı ilə dialoqu maraqla qarşılanıb:
Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədimi?
Sakin: Bəli, birinci gələnlərdənik.
Sakin: Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək?
Prezident İlham Əliyev: Olar, çəkdirək.
Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır.
Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var?
Sakin: Beş.
Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var.
Sakin: Bəli, bəli.
Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız?
Sakinlər: Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu.
Sakin: Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq.
Prezident İlham Əliyev: Bəli, birinci köçənlərdən.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 27 May 2025 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















