Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Rütte: Milyon dollarlıq raketlərlə min dollarlıq dronları vurmaq qəbuledilməzdir

Rütte: Milyon dollarlıq raketlərlə min dollarlıq dronları vurmaq qəbuledilməzdir

Icma.az, Bizimyol saytına istinadən bildirir.

NATO-nun baş katibi Mark Rütte bəyan edib ki, Qərb ölkələri yaxınlaşan dronları bahalı raketlərlə vurmaq strategiyasını davam etdirə bilməz.

Bizimyol.info xəbər verir ki, bu fikirləri o, mətbuata verdiyi müsahibədə səsləndirib.

“Min və ya iki min dollar dəyərində olan dronları yarım milyon, hətta milyon dollar dəyərində raketlərlə vurmaq qəbuledilməzdir,” – deyə Rütte bildirib.

Müsahibə zamanı NATO-nun belə hallarla mübarizə üçün lazımi texniki vasitələrinin olub-olmaması ilə bağlı sualı cavablandıran Rütte qısa müddətli perspektivdə çatışmazlıqların olduğunu etiraf edib. Lakin əlavə edib ki, NATO Ukraynadan öyrənir və yaxın həftələrdə tətbiq olunacaq yeni texnologiyalar üzərində sürətlə işləyir.

Baş katib bildirib ki, bu texnologiyalar “ənənəvi mübarizə üsullarına əlavə olaraq müdafiə üçün yeni imkanlar yaradacaq”.

Mark Rütte, həmçinin, bəzi Avropa diplomatlarının Kremlinə NATO-nun rus təyyarələrini vurmağa hazır olduğu barədə xəbərdarlıq etdiyinə dair yayılan məlumatları şərh etməkdən imtina edib. Buna baxmayaraq, bu tipli mesajların qeyri-rəsmi şəkildə "davamlı olaraq" verildiyini təsdiqləyib.

“Bu cür insidentlər – döyüş təyyarələri ilə bağlı qarşıdurmalar – təəssüf ki, yenilik deyil. Bu təhlükəlidir, belə hallar dərhal dayandırılmalıdır. Amma bizim pilotlarımız vəziyyəti necə idarə etməli olduqlarını bilirlər və zərurət yarandıqda sərt tədbirlər görə bilərlər,” – deyə NATO rəhbəri vurğulayıb.

Rütte, həmçinin, ABŞ prezidenti Donald Trampın Rusiyanı “kağız pələng” adlandırmasının Moskva rəhbərliyini narahat etdiyini bildirib: “Bu sözlər, ehtimal ki, Kremldə, özü də ən yüksək səviyyədə ciddi narahatlıq doğurub”,- deyə o qeyd edib

Baş katib əlavə edib ki, Rusiya ilə danışıqlara başlamaq cəhdləri hələ də nəticə verməyib: “Nədənsə hələ də onları danışıqlar masasına oturtmaq mümkün olmayıb. Amma bu müzakirələr Rusiya ərazisində yox, neytral məkanda aparılmalıdır. Elə bir masa olmalıdır ki, orada həm Prezident Zelenski, həm də Prezident Putin əyləşib müharibənin sonu ilə bağlı çətin məsələləri açıq şəkildə müzakirə edə bilsin”, - deyib.

Son vaxtlar Rusiya mənşəli pilotsuz uçuş aparatları NATO ölkələrinin hava məkanında daha tez-tez görünməyə başlayıb.

Məsələn, Danimarkada son günlərdə dron təhlükəsi səbəbilə bir neçə hava limanı bağlanıb. Həmçinin, Fransanın Murmelon-le-Qran hərbi bazası üzərində naməlum dronlar müşahidə edilib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 Sentyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see184

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see153

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see130

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see129

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri