Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 7 iyul, AZƏRTAC
NATO-ya üzv dövlətlər iyulun 7–8-də keçiriləcək Ankara sammitində on milyardlarla dollar dəyərində müdafiə müqavilələri imzalayacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte “The Washington Post” qəzetində dərc olunan məqaləsində bildirib.
Qeyd edib ki, sammit zamanı Avropa və Şimali Amerikadan olan şirkətlərlə böyük həcmli yeni müqavilələr elan olunacaq. Onun sözlərinə görə, müttəfiqlər, həmçinin müasir və gələcək təhlükəsizlik tələblərinə cavab vermək üçün əsas texnologiyalara investisiyaları nümayiş etdirəcəklər.
NATO-nun Baş katibi bildirib ki, Ankara görüşündə Alyans ölkələri müdafiəyə yatırımları artırmaq, təhlükəsizlik siyasətini yenidən balanslaşdırmaq və sənaye bazalarını gücləndirmək istiqamətində atılan addımları diqqətə çatdıracaqlar.
Qeyd edək ki, NATO-nun zirvə görüşü iyulun 7–8-də Ankarada keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:252
Bu xəbər 07 İyul 2026 06:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















