Rutte Trampa təriflər yağdırır
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
NATO-nun baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Tramp ilə münasibətləri yaxşı saxlamaq üçün ona təriflər yağdırır.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri alyansın anonim diplomatına istinadən yazıb.
Mənbənin sözlərinə görə, Ukraynaya dəstəyin davam etməsi birbaşa NATO ölkələrinin “qeyri-proqnozlaşdırılan və tez-tez emosional” hesab edilən ABŞ lideri ilə yaxşı münasibətlər qura bilməsindən asılıdır.
Diplomat qeyd edib ki, Mark Ruttenin ABŞ-yə səfərləri və bu çərçivədə Vaşinqtonla yaxın əlaqələr qurmağa çalışması düzgün addımdır. Bu səylər Ukraynaya silah və kəşfiyyat dəstəyinin davam etməsinə xidmət edir.
“Trampa yönəlik açıq təriflər nə qədər narahat edici görünsə də, bu, ödənilməli kiçik bir qiymətdir”, – deyə diplomat vurğulayıb.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 10 Aprel 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















