Icma.az
close
up
RU
Ruttenin Rusiyaya xəbərdarlığı: Bu müharibə baş tuta bilərmi?

Ruttenin Rusiyaya xəbərdarlığı: Bu müharibə baş tuta bilərmi?

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rusiya nə qədər səfeh olmalıdır ki, NATO-ya hücum etsin”.

Bu barədə NATO Baş katibi Mark Rutte deyib. O bildirib ki, belə bir hücum alyansla Rusiya arasında açıq münaqişə demək olacaq:

“Ümid edirik ki, bu heç vaxt baş verməz”.

Rutte əlavə edib ki, Rusiya və NATO arasında mümkün müharibə Ukraynadakı savaşdan fərqli olardı:
“Bu, bir çox səbəbə görə Rusiya və Ukrayna arasındakı müharibədən fərqli olardı. İndi ətraflı izah edə bilmirəm, çünki biz onlara informasiya üstünlüyü vermək istəmirik”.

Ümumiyyətlə, Ruttenin bu sözləri emosional olsa da, əslində, burada məqsəd Rusiyanın mümkün avantürist addımlarının nəticələrinin necə dağıdıcı ola biləcəyini qabartmaqdır. Bu cür ritorika, xüsusilə Qərb ictimaiyyətində və siyasi dairələrdə Rusiya təhdidinə qarşı həmrəyliyi möhkəmləndirmək üçündür.
Rutte-nin “ətraflı izah edə bilmərik, çünki onlara informasiya üstünlüyü vermək istəmirik” fikri strateji kommunikasiya nümunəsidir. Bu, NATO-nun hərbi planlarının gizli saxlanılmasına işarə etsə də, eyni zamanda qarşı tərəfə psixoloji təzyiq elementi kimi də çıxış edir.

Belə bir müharibənin olması isə, doğrudan da dəhşətli ola bilər. Çünki NATO-nun texnoloji, hərbi və maliyyə üstünlüyü göz önündədir. Üstəlik, nelə bir münaqişə qlobal miqyasda, bəlkə də nüvə müharibəsinə qədər genişlənə bilər.

Bu açıqlamanı başqa cür belə ifadə edə bilərik:

“NATO-nun Rusiya ilə birbaşa münaqişə istəmir, ancaq hər cür ssenariyə hazırdır. Rutte həm Qərb ictimaiyyətinə, həm də Moskva rəhbərliyinə mesaj verir: NATO zəif deyil, amma müharibə istəmir. Amma əgər olarsa, bu, Ukraynadan fərqli olacaq. Yəni daha sərt, daha dağıdıcı və Rusiya üçün daha acı nəticəli.

Rusiyanın konkret olaraq NATO-ya müharibə elan edəcəyi real görünmür, ancaq bir neçə halda mümkün ola bilər. Məsələn, Rusiya Ukraynada Qərbin hərbi yardım konvoylarını hədəf alarsa və bu, NATO üzvü olan ölkəyə təsir etsə, o zaman qaçılmaz ola bilər. Əgər konkret demək lazımdırsa, NATO ilə birbaşa müharibə Rusiyanın özünü məhv etməsi demək olar.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Oktyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri