Ryazan vilayətinə 100 nəfərlik əlavə xilasedicilər qrupu göndərilib...
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi Ryazan vilayətində fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün 100 xilasedici göndərib.
Onlar qeyd ediblər ki, bölgədə axtarış-xilasetmə işlərində Rusiya Fövqəladə Hallar Nazirliyinin “Centrospas” aviasiya dəstəsinin və Noqinsk xilasetmə mərkəzinin xilasediciləri iştirak edəcək. “...Cəmi 100 mütəxəssis, o cümlədən altı kinoloji briqada, on vahid texnika”, - mətbuat xidmətindən bildirilib.
Bundan əvvəl Ryazan vilayətində zavodda baş vermiş qəza nəticəsində 5 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilirdi. RT Telegram kanalının mənbəyə istinadən qeyd etdiyi kimi, təxminən 20 nəfər partlayışın baş verdiyi sexin dağıntıları altında ola bilər.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 15 Avqust 2025 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















