Ryazanda barıt sexində partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Rusiyanın Ryazan vilayətinin Şilov rayonunda yerləşən "Elastik" zavodunun barıt sexində baş verən partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə regional əməliyyat qərargahının mətbuat xidməti məlumat yayıb.
"Dünən axşam və ötən gecə dağıntılar altından üç nəfər xilas edilib. Ölənlərin sayı 11 nəfərə çatıb", - məlumatda deyilir.
Hadisə nəticəsində 130 nəfər xəsarət alıb, onlardan 29-u xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib.
Hazırda partlayışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Barıt sexində partlayışdan sonra yanğın baş verib. İstintaq Komitəsi sənaye təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı cinayət işi açıb. Müəssisənin yerləşdiyi Şilov rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 16 Avqust 2025 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















