Icma.az
close
up
RU
Rza Cəfərov: “Bizim hazırkı komanda hər şeyə qadirdi”

Rza Cəfərov: “Bizim hazırkı komanda hər şeyə qadirdi”

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Neftçi”nin qapıçısı Rza Cəfərov İdmanxeber.az saytına müsahibə verib. O, komandasının ölkə kubokunun 1/4 final mərhələsində “Kəpəz” üzərində qazandığı qələbədən və “ağ-qaralar”ın cari mövsüm hədəflərindən söz açıb.

Gənc qolkiper milli komandanın Avropa çempionatı seçmə mərhələsindəki şanslarını da dəyərləndirib.

– “Kəpəz”lə kubok oyunun ilk matçında qələbə qazandınız. İki top fərqi ilə qalib gəldiyiniz üçün növbəti mərhələdə olduğunuzu deyə bilərik?

Xeyr, elə düşünmürəm. Bu, futboldur və qələbə bizi aldatmamalıdır. Cavab oyununa da maksimum ciddi şəkildə hazırlaşıb, sanki ilk oyunun 0-0 hesabla başa çatdığını düşünərək meydana çıxacağıq.

– Azərbaycan Kuboku avrokublar üçün əsas silahdı. Səncə, hazırkı heyət bu titulu qazanmağa qadirdi?

 Komanda olaraq biz hər oyunda meydana qələbə üçün çıxırıq. Lakin təəssüflər ki, bu mövsüm istədiyimiz nəticələri qazana bilməmişik. Bu oyunlara da çox yaxşı hazırlaşmışdıq. Mövsümü titulla başa vurmaq üçün kubok oyunlarında daha diqqətli olmalıyıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda da bu qələbələri davam etdirə biləcəyik. Azarkeşlərimizin bizdən gözlədiyi nəticələri göstərməyə çalışacağıq. Artıq deyərdim ki, geriyə yolumuz yoxdur. Komanda yoldaşlarımla yalnız qələbə haqqında düşünürük və meydana hər oyunda final oyunu kimi çıxırıq.

– Qapıçı mövqeyində davamlı rəqabət var.  Samir Abasov gah Emil Balayevə, gah da sənə guvənir. Lakin artiq sen çərçivəni qoruduğun son iki görüşdə top buraxmamısan. Bu rəqabətdə Balayevə qalib gəldiyini deyə bilərik?

Heyətdə rəqabətin olması futbolçuların xeyrinədir. Həmçinin də mənim. Balayev təcrübəli və güclü qapıçıdır. Bizim bir məqsədimiz var. Məşqçilərimizin  hansımıza şans verməsinin  fərqi yoxdur. Əsas olan komandanın gözəl nəticə qazanmasıdır.

– Hazırda “Qarabağ”da yaxşı mövsüm keçirmir. Bu sizin kuboku qazanmağa ümidlərinizi artırır?

Rəqiblərin hansı durumda olması haqqında düşünməməliyik. Yalnız öz oynumuzu oynamalıyıq və yaxşı nəticələr qazanmalıyıq. Bizim fikrimiz ancaq bu olmalıdır və bunu da edirik. “Neftçi” adı bəs edir ki, biz öz məsuliyyətimizi dərk edək. Hədəfimiz bəllidir. Buna doğru da özümüzdə güc tapmalıyıq və inamla irəliləməliyik.

– “Kəpəz”lə oyunda bu mövsüm ilk səfər qələbəsi qazanıldı. Qarşıdan “Zirə” ilə çətin Premyer Liqa görüşü var. Ardıcıl 3-cü qələbə gələcək?

Bildirdiyim kimi, bizim üçün fərqi yoxdur. Hər oyun meydana qələbə üçün çıxırıq. Düzdü, çempionatdakı durumumuz çox çətindir. “Zirə” kifayət qədər güclü rəqibdi. Ancaq həm kubok, həm də çempionat oyunlarında azarkeşlərimizi sevindirmək və mövsümdə buraxdığımız səhvlərimizi bağışlatmaq istəyirik. Bizim hazırkı komanda hər şeyə qadirdi. Sona qədər mübarizə aparmağa çalışacağıq. Buna gücümüz və inamımız var.

– Yığma komandamız Millətlər Liqasında D Liqasına düşdü. Səncə, millimiz seçmə mərəhələdə bu durumu düzəldə biləcək?

Rəsmi oyunlara qədər hələ ki, zamanımız var. Yoldaşlıq görüşlərində səhvlərimiz üzərində işləməklə, ilk öncə oynumuzu düzəltməliyik. Seçmə oyunlarına qədər güclü rəqiblərlə oyunlara tam hazır olacağımızı düşünürəm. Məşqçilər korpusu da bu istiqamətdə bizə yardım edəcək təcrübədədir. Təbii ki, əsas iş biz futbolçularındır. Çalışacağıq ki, millidə də vəziyyəti düzəldək və azarkeşlərin bizdən gözlədiyi gözəl nəticələr qazanaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 09 Fevral 2025 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see182

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri