Rza Pəhləvi TƏKLİFLƏR ALDI “İrana qayıtmağa hazıram”
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
1979-cu ildə devrilmiş Şah Rza Pəhləvinin oğlu İrana qayıtmağa hazırdır.
Turkustan.az xəbər verir ki, o, bu barədə "Fox News"a danışıb.
"İrana ən qısa fürsətdə qayıtmağa hazıram. Artıq bunu planlaşdırıram", - Pəhləvi deyib.
O, əlavə edib ki, "keçid dövrü"nə rəhbərlik etmək üçün təkliflər alıb və bunu etməyə hazır olduğunu da bildirib.
Bundan əvvəl Pəhləvi etiraz edən iranlıları ölkədə hakimiyyəti zorla ələ keçirməyə çağırmışdı.
O, həmçinin iranlıları, xüsusən də iqtisadiyyatın əsas sektorlarında çalışan işçiləri ümumi tətilə qoşulmağa çağırıb.
ABŞ-da yaşayan və atası 1979-cu ildə İslam İnqilabından sonra İranı tərk edən Rza Pəhləvi əlavə edib ki, həlledici bir anda həmvətənləri ilə birlikdə olmaq üçün vətəninə qayıtmaq istəyir./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 11 Yanvar 2026 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















