Icma.az
close
up
RU
Rza Pəhləvi xalqa səsləndi: “Ürəyim sizinlədir” VİDEO

Rza Pəhləvi xalqa səsləndi: “Ürəyim sizinlədir” VİDEO

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

İranın mühacirətdə olan vəliəhdi Rza Pəhləvi yenidən xalqa çağırış edib.

Gununsesi.info xəbər verir ki, Pəhləvi müraciətində İran küçələrinə çıxanların hakimiyyəti zəiflətdiyini dilə gətirib.

“Mənə etibarlı məlumatlar çatıb ki, İslam Respublikası küçələrdəki milyonlarla insanla qarşılaşmaq üçün ciddi muzdlu əsgər çatışmazlığı ilə üzləşir. İndiyə qədər bir çox təhlükəsizlik qüvvələri iş yerlərini tərk edib və ya xalqı yatırmaq üçün əmrlərə tabe olmayıb.

Xameneiyə qalan isə cinayətkar liderləri kimi İrandan kənar və İran əleyhinə olan və sizi – böyük İran millətini – öz düşmənləri hesab edən zorakı muzdluların azlığıdır. Bilin ki, onlar hərəkətlərinin nəticələri ilə üzləşəcəklər”, – o bildirib.

Vəliəhd bu gün saat 18:00-da xalqı yenidən küçələrə səsləyib:

“Hamınızdan dostlarınız və ailə üzvlərinizlə birlikdə şəhərlərin əsas küçələrinə qruplar şəklində getməyinizi xahiş edirəm; yol boyu bir-birinizdən və ya insanların izdihamından ayrılmayın. Həyatınızı təhlükəyə ata biləcək yan küçələrə çıxmayın.

Bilirsiniz ki, tək deyilsiniz. Dünyanın hər yerindəki həmvətənləriniz qürurla səsinizi ucaldırlar. Bu gün dünya sizin milli inqilabınızın yanındadır və cəsarətinizə heyranlıqla yanaşır.

Xüsusilə azad dünyanın lideri olaraq Prezident Tramp sizin təsvirolunmaz cəsarətinizi yaxından müşahidə edib və sizə kömək etməyə hazır olduğunu bəyan edib.

Küçələri tərk etməyin. Ürəyim sizinlədir. Bilirəm ki, tezliklə sizin yanınızda olacağam”.

Qeyd edək ki, İranda hökumət əleyhinə etirazlar 14 gündür davam edir və nümayişlər ölkənin bir çox şəhərinə yayılıb. Baş verən hadisələr nəticəsində həyatını itirənlərin sayı 116-ya çatıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Yanvar 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see122

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri