Rza Pəhləvidən Trampa ÇAĞIRIŞ
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın vəliəhd şahzadəsi Rza Pəhləvi Münhen Təhlükəsizlik Konfransında bildirib ki, ABŞ prezidenti Donald Trump İran xalqına ayətullahlar rejimini devirmək üçün yardım göstərməlidir.
Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, 1979-cu ildə monarxiyanın süqutundan sonra qurulan İslam Respublikasının mövcudluğuna son qoymaq vaxtı çatıb.
“İran xalqı sizin yardımın artıq yolda olduğu barədə sözlərinizi eşitdi və sizə inanır. Onlara kömək edin. İslam Respublikasına son qoymağın vaxtı çatıb. Bu çağırış həmvətənlərimin qan tökülməsi fonunda səslənir. Onlar bizdən rejimi islah etməyi yox, onu dəfn etməyə kömək etməyi xahiş edirlər”, — deyə Rza Pəhləvi bildirib.
Bu yaxınlarda Donald Trump ayətullahlar rejiminin devrilməsinin İran üçün ən yaxşı nəticə olacağını bəyan edib. O izah edib ki, İslam Respublikasına qarşı hərbi təzyiqi artırmaq məqsədilə Yaxın Şərqə ikinci aviadaşıyıcı göndərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 14 Fevral 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















