Rza “Qəbələ”də ağ günə çıxacaq? klub onu transfer etmək istədiyini elan etdi
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
“Neftçi”nin qapıçısı Rza Cəfərov qış “tramsfer pəncərəsi”ndə klubu tərk edə bilər. Bu barədə media qurumları və sosial şəbəkələrdə məlumat yayılıb.
Gənc qapıçını heyətinə qatmaq niyyətində olan klub premyer-liqa iştirakçısıdı. Söhbət “Qəbələ”dən gedir. Bəli, “qırmızı-qaralar” heyətində Səlahət Ağayev kimi təcrübəli qapıçı olduğu halda, məhz Rza ilə güclənmək istəyir.
Bəs, klublar arasında danışıqlar başlayıbmı? Transfer prosesi hazırda hansı mərhələdədi?
Suallarımızı bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Hələ dəqiqləşən transfer yoxdu. “Qəbələ”nin maraqlandığı futbolçular sırasında Rza Cəfərovun da adı var. Fasilədə güclənməyə çalışacağıq. Transfer reallaşacağı təqdirdə ictimaiyyətə bu haqda məlumat veriləcək”.
KƏNAN BAHADIR
Baxış sayı:115
Bu xəbər 01 Yanvar 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















