Icma.az
close
up
RU
Rza Vəzirinin Gədəbəydəki qızıl mədəni şirkəti 21 milyon dollar zərər etdi

Rza Vəzirinin Gədəbəydəki qızıl mədəni şirkəti 21 milyon dollar zərər etdi

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən şirkəti "Anglo Asian Mining PLC” 2024-cü ili 39,6 milyon ABŞ dolları məbləğində gəlirlə başa vurub. 

Valyuta.az xəbər verir ki, mədən şirkətinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14% və 6,3 milyon dollar azalıb. Qeyd edək ki, gəlirlərdəki azalma əsasən qızıl hasilatının azalması və emal proseslərinin müvəqqəti dayandırılması ilə bağlıdır. 

Şirkət bildirib ki, Gedəbəy və Qadir mədənləri istismar müddətinin son mərhələsində olduğundan, filiz tərkibindəki qızıl səviyyəsi də aşağı olub. Bu da ümumi hasilata təsir göstərib.

Bununla belə, şirkət xərclərə ciddi nəzarət və əvvəlki ildə qeydə alınan dəyərsizləşmələrin olmaması sayəsində maliyyə nəticələrində müsbət dinamika əldə edib. Vergiyə qədər zərər 2023-cü ildəki 32 milyon dollardan 21,3 milyon dollara enib. Əməliyyat zərəri isə 24,8 milyon dollardan 18,8 milyon dollara qədər azalıb.

Şirkətin xalis borcu (icarə öhdəlikləri istisna olmaqla) 2024-cü ilin sonunda 14,7 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin sonuna olan göstəricidən 4,4 milyon dollar çoxdur. "Anglo Asian” bu nəticəni işçi kapital və xərclərə nəzarət siyasəti ilə izah edir.

Əməliyyat üzrə pul axını isə işçi kapital dəyişikliklərindən əvvəl 6,6 milyon dollar olub (2023: 1,0 milyon dollar).

Şirkət 2025-ci ildə Gilar və Demirli kimi yeni mədənlərin hasilata başlaması ilə maliyyə göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını gözləyir.

Xatırladaq ki, "Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. Şirkətin icraçı direktoru Rza Vəziridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 May 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri