Icma.az
close
up
RU
Saakaşvili: “Gürcüstan dövlətçiliyin məhvinin son mərhələsinə daxil olub”

Saakaşvili: “Gürcüstan dövlətçiliyin məhvinin son mərhələsinə daxil olub”

Icma.az, Ayna portalına istinadən məlumat verir.

“Sonuncu belə hadisə Roma İmperiyasında, Kaliqula atını Senata təyin edəndə baş verdi”

“Gürcüstan dövlətçiliyin məhvinin son mərhələsinə daxil olub”. AYNA xəbər verir ki, bu sözləri Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili “Facebook”da yazıb.

Saakaşvili “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının keçmiş futbolçu, indiki deputat Mixail Kavelaşvilini prezidentliyə namizəd kimi irəli sürməsini belə şərh edib: “Sonuncu belə hadisə Roma İmperiyasında, Kaliqula atını Senata təyin edəndə baş verdi. Bunun məqsədi gürcü xalqının özünə hörmətini mümkün qədər aşağı salmaqdır”.

Qeyd edək ki, çərşənbə günü Bidzina İvanişvili şəxsən Mixail Kavelaşvilini prezidentliyə namizəd kimi təqdim edib. O, "Gürcü Arzusu"nun səs çoxluğuna malik olduğu deputatlardan və regional nümayəndələrdən ibarət seçki kollegiyası tərəfindən seçilməlidir. “Seçkilər” dekabrın 14-də keçiriləcək. Hazırda prezidentliyə başqa namizəd yoxdur.

Kavelaşvili bu günə kimi Gürcüstanın populyar siyasi xadimi kimi tanınmayıb. Media qeyd edir ki, Kavelaşvilinin ali təhsili yoxdur və 2016-cı ildə “Gürcü Arzusu” siyahısında parlamentdə mandat qazananadək idmanla məşğul olub. Müxalifət nəşrləri hakim partiyanın yaradıcısı Bidzina İvanişvilinin Kavelaşvilini şəxsən ona sədaqətinə görə seçdiyini bildirir.

“Gürcü Arzusu” isə bildirir ki, Kavelaşvili “ruhu, qəlbi və bədəni ilə əsl gürcüdür”. Hakim partiya rəsmisi Mamuka Mdinaradze isə deyib ki, “Kavelaşvili hətta diplomu olmayan bir çoxlarından daha savadlıdır” və Gürcüstan Konstitusiyası bu sənədi tələb etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://ayna.az
archiveBu xəbər 28 Noyabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri