Saakaşvili müharibədən sonra rusiyalı iş adamlarına yalvarırdı
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
“Rusiya nə “Vahid Milli Hərəkat”ın, nə də “Gürcü Arzusu”nun hakimiyyəti dövründə Gürcüstanın qonşusu olub, bu, coğrafi reallıqdır”.
"AzPolitika" xəbər verir ki, bunu Gürcüstanın “Xalqın Gücü” partiyasının icraçı katibi Quram Maçaraşvili deyib.
Siyasətçi iddia edib ki, “Gürcü Arzusu”nun praqmatik siyasəti olmasaydı, Gürcüstanda da hazırda Ukraynada baş verənlər yaşanardı.
Maçaraşvili qeyd edib ki, “Vahid Milli Hərəkat” 2008-ci il avqust müharibəsindən sonra enerji və strateji obyektləri Rusiyaya verib.
“Saakaşvili müharibədən sonra açıq şəkildə rusiyalı iş adamlarını Gürcüstana sərmayə qoymağa çağırırdı. Rusiyalı biznesmenlərin ölkəyə gəlməsi üçün onlara yalvarırdılar. Və bütün bunlar müharibədən sonra baş verirdi. Bu gün həmin insanlar kimə nə deyirlər?”, - partiya sədri vurğulayıb.
Maçaraşvili əlavə edib ki, Rusiya ilə bağlı çağırışlar böyük dövlətlər üçün də mövcuddur və Gürcüstanın belə problemlərlə üzləşməsi təəccüblü deyil:
“Əgər praqmatik siyasət olmasaydı, Gürcüstanda da bu gün Ukraynada yaşanan vəziyyət hökm sürərdi”.(Teleqraf)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 27 İyul 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















