Saakaşvili türmədən təyyarə qəzası ilə bağlı açıqlama verdi
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Prezident İlham Əliyev həqiqəti açıq şəkildə ifadə edərək liderliyini nümayiş etdirdi.
Milli.Az axar.az-a istinadla xəbər verir ki, bunu Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya ilə bağlı son çıxışları barədə deyib.
Saakaşvili özünün Feysbuk səhifəsində yayımladığı açıqlamada İlham Əliyevin cəsarətli mövqeyini və liderlik keyfiyyətlərini vurğulayıb.
Saakaşvili bildirib ki, həbsxana şəraitində olduğu üçün Azərbaycan mülki təyyarəsinin qəzası ilə bağlı başsağlığı verməkdə gecikib:
"Qəza nəticəsində həlak olanların ailələrinin kədərini bölüşürəm və yaralananlara tezliklə sağalmağı arzu edirəm. İlham Əliyevin prinsipiallığına, yüksək ləyaqətinə və öz xalqının əsl lideri kimi davrandığına heyranam. O, həqiqəti açıq şəkildə ifadə edərək Rusiya tərəfinin ikiüzlülüyünü ifşa etdi".
Saakaşvilinin bu açıqlaması sosial mediada geniş rezonans doğurub və bir çox istifadəçi tərəfindən müsbət qarşılanıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 01 Yanvar 2025 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















