Saakaşvilidən Azərbaycan açıqlaması: Çox yaxında tarixi hadisə baş verəcək
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq”.
Bakupost.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.
“Avqustun 8-də Vaşinqtonda çox mühüm tarixi hadisə baş verəcək: Azərbaycan və Ermənistan Donald Tramp vasitəsilə sülh müqaviləsi imzalayacaq.
Prezident Əliyevlə Baş nazir Paşinyan bir müddətdir danışıqlar aparır, amma ABŞ prezidentinin vasitəçiliyi ilə proses sürətlənib. O gün dünya tarixində Qafqazın Rusiyanın caynağından azad olunma tarixi kimi qalacaq.
Rusiya artıq rəsmi olaraq üç Cənubi Qafqaz ölkəsindən ikisində hegemonluğunu itirir”, - sabiq prezident bildirib.
M.Saakaşvili əlavə edib ki, Rusiya daxildəki şəbəkəsi vasitəsilə Gürcüstana nəzarəti saxlasa da, bu vəziyyətdə dəyişmək üzrədir.
Bu mövzuda digər xəbərlər:Saakaşvilidən Azərbaycan açıqlaması: Bu, xainlər üçün pis xəbərdir
13 Avqust 2025 15:11
Saakaşvilidən növbəti dəfə Azərbaycan açıqlaması: Əgər Bakı və İrəvan...
13 Avqust 2025 22:12
Saakaşvilidən Zəngəzur açıqlaması: Qorxduğumuz başımıza gəlir
09 Avqust 2025 10:34
Saakaşvilidən Zəngəzur açıqlaması: Qorxduğumuz başımıza gəlir...
09 Avqust 2025 23:25
Baxış sayı:115
Bu xəbər 06 Avqust 2025 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















