Saakaşvilinin partiyasına qadağa qoyulacaq? Kobaxidzedən açıqlama
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Gürcüstan hakimiyyəti oktyabr ayında keçmiş prezident Mixail Saakaşvilinin təsis etdiyi müxalif "Vahid milli hərəkat" partiyasının, eləcə də bu partiyanın fikir və siyasətini bölüşən digər siyasi birliklərin fəaliyyətinin qadağan edilməsi üçün Konstitusiya Məhkəməsində iddia qaldırmağı planlaşdırır.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.
"Çox güman ki, oktyabrda "Vahid milli hərəkat"ın fikir və siyasətini bölüşən bütün partiyaların konstitusiyaya zidd olduğunu elan etmək üçün məhkəmədə iddia qaldıracağıq. Bu, demokratik prosesdir və iddia mütləq şəkildə Konstitusiya Məhkəməsinə veriləcək", - deyə Kobaxidze bildirib.
Gürcüstan hökumətinin başçısı qeyd edib ki, Saakaşvili dövründəki cinayətləri araşdıran müvəqqəti parlament komissiyasının rəyi iddianın verilməsi üçün əsas olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 27 Sentyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















