Saakaşvilinin yüzlərlə tərəfdaşı aksiya keçirir
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Tbilisidə Mixail Saakaşviliyə dəstək aksiyası keçirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Novosti-Georgia” nəşri məlumat yayıb.
Qeyd edək ki, bu gün Saakaşvilinin doğum günüdür. Siyasətçinin 57 yaşı tamam olur.
Ona görə də, Saakaşvilinin yüzlərlə tərəfdarı və həmfikiri onun 2022-ci ilin mayında həbsxanadan köçürüldüyü Vivamed klinikasının qarşısına toplaşıb.
“Ölkəmizin Avropaya yol açan prezidenti bu gün məhz qızılgül inqilabından sonra əldə edilən islahat nailiyyətlərinə görə təqib olunur. Biz bu tarixi ədalətsizliyə, milli biabırçılığa son qoymalı və ölkəni Avropanın inkişafı yoluna qaytarmalıyıq”, – deyə eks-prezidentin yaratdığı Vahid Milli Hərəkat Partiyasının sədri Tina Bokuçava bildirib. .
İndi Saakaşvili Ukrayna vətəndaşıdır. 2016-cı ildə Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb. Daha sonra o, Ukrayna prezidenti Vladimir Zelenskinin yanında islahatlar mərkəzinə rəhbərlik edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 21 Dekabr 2024 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















