Icma.az
close
up
RU
Saakyanın əsassız iddialarına Cavab verdi

Saakyanın əsassız iddialarına Cavab verdi

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 4 sentyabrda Ermənistanda keçirilmiş mətbuat konfransında törətmiş olduqları cinayətlərə görə məhkum olunmuş erməniəsilli şəxslərin Azərbaycanda dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, onların üzərində işgəncə törədilməsi, xristian dini simvollarının məhv edilməsi, İncildən istifadəyə imkan verilməməsi və Quran oxumağa məcbur edilməsi barədə səsləndirilmiş iddiaları əsassız və qərəzli hesab edir və aparılan sülh danışıqlarının pozulmasına yönəlik bir cəhd kimi qiymətləndirir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistan hüquq müdafiəçisinin səsləndirdiyi iddialara cavab olaraq bildirib.

Məlumatda deyilir ki, heç bir etibarlı sübut təqdim edilmədən belə ağır ittihamların fakt kimi ictimaiyyətə təqdim olunması insan hüquqlarının müdafiəsi prinsipləri ilə bir araya sığmır.

“Xüsusilə, ayrı-ayrı şəxslərlə bağlı məsələlərin dini mənsubiyyətlə əlaqələndirilməsi və xristian-müsəlman qarşıdurması müstəvisinə keçirilməsi cəhdləri yolverilməzdir.

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dünyəvi dövlətdir. Ölkədə müxtəlif dini konfessiyalara mənsub şəxslərin hüquq və azadlıqlarının təmin olunmasına bərabər yanaşılır, onların dini etiqad azadlığına hörmət edilir.

Məhkəmə tərəfindən müəyyən edilmiş cinayət məsuliyyətini şəxslərin etnik mənsubiyyəti ilə əlaqələndirmək və həmin şəxslərin törətdikləri əməllərə görə qanuni əsaslarla çəkdikləri cəzanı “etnik və ya dini təqib” kimi təqdim etmək yolverilməzdir. Cinayət məsuliyyəti şəxsin hansı etnik mənsubiyyətə və ya dini etiqada malik olması ilə deyil, törədilmiş əməlin xarakteri, həmin əməl üzrə toplanmış sübutlar və məhkəmənin hüquqi qiymətləndirməsi ilə müəyyən olunur.

Ombudsmanın Milli Preventiv Qrupunun müxtəlif vaxtlarda həyata keçirdiyi monitorinq və başçəkmələr zamanı Azərbaycan ərazisində saxlanılan erməniəsilli şəxslərlə konfidensial görüşlər keçirilmiş, tibbi və psixoloji vəziyyətləri qiymətləndirilmiş, beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqları onlara öz ana dillərində izah edilmişdir. Həyata keçirilmiş monitorinqlər zamanı həmin şəxslərin hüquq və azadlıqlarının beynəxalq standartlara uyğun səviyyədə, ayrı-seçkiliyə yol verilmədən təmin edildiyi, tibbi yardım və digər zəruri xidmətlərə çıxışlarının olduğu müəyyən edilmişdir.

Bu baxımdan, Ombudsman insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti siyasi məqsədlərə xidmət edən bəyanatlardan və qarşıdurma ritorikasından fərqləndirməyin zəruriliyini xüsusi vurğulayır. Yoxlanılmış faktlara əsaslanmadan “işgəncə”, “dini təqib” və dini mənsubiyyətə görə ayrı-seçkilik kimi ağır ittihamların irəli sürülməsi ictimai rəyi yanıltmağa, sülh danışıqlarını pozmağa və dini zəmində qarşıdurma yaratmağa xidmət edir.

Bu cür məsuliyyətsiz yanaşmalar Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi fonunda xüsusilə narahatedicidir. Davamlı sülh yalnız siyasi və hüquqi razılaşmalarla deyil, eyni zamanda cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsi, dözümsüzlük və nifrət ritorikasından çəkinilməsi ilə mümkündür. Təsdiqlənməmiş məlumatların dini zəmində təqdim edilməsi cəmiyyətlər arasında etimadsızlığı dərinləşdirir və sülh və barışıq üçün zəruri olan mühitə zərər vurur.

İnsan hüquqlarının müdafiəsi siyasi məqsədlər naminə faktların təhrif edilməsini və dini mənsubiyyət üzərindən düşmən obrazının yaradılmasını qəbul etmir. Bu sahədə fəaliyyət göstərən şəxslər öz açıqlamalarında məsuliyyətli olmalı, obyektiv və yoxlanılmış faktlara əsaslanmalı, sülhə və qarşılıqlı etimada xələl gətirə biləcək ritorikadan çəkinməlidirlər”.

Qeyd edək ki, qərəzli iddialar erməni hüquq müdafiəçisi Siranuş Saakyan tərəfindən İrəvanda keçirilən mətbuat konfranslarında, eləcə də erməni mediasına və beynəlxalq təşkilatlara təqdim etdiyi hesabatlarda səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Sentyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri