Icma.az
close
up
RU
Saatın tamamında...

Saatın tamamında...

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gözəl şair, publisist və redaktor Qulu Ağsəs "Saat 6-nı gözləyirəm" adlı yeni kitabını belə bir avtoqrafla mənə yollayıb: "Hörmətli Aydın Tağıyevə dost payı olsun! 30 iyun, 2026".

Payı artıq olsun!

Əlbəttə, 75 yaşımda - gözlərimin az qala hər gün nurunu bir qədər də itirdiyi, səbirsizlik, tələskənlik içində olduğum bu çağımda həcmcə o qədər də böyük olmayan bu maraqlı esselər toplusunu ləng oxudum. Amma 5-10 il bundan qabaq bir oturuma oxuyub qurtarardım. Hər bir mətn haqqında hələ bir isti-isti söz də deyərdim.

Qərəz, indi həm də burasını fikirləşirəm ki, bəlkə bu kitabı belə ağır-ağır oxumağımın bir səbəbi də varmış. Hər səhifəni, hər yazını oxuyub başa vurduqca aldığım oxucu ləzzətinin ömrünü daha da uzatmaq!

lll

Kitabın adı dərhal diqqətimi özünə çəkdi: " Saat 6-nı gözləyirəm..."

Qulu Ağsəs o sübh saatını niyə gözləyir? Bu esselər kitabına niyə bu adı verib? Kitabdakı eyni adlı essedə oxucu bu suallara cavab tapır...

2020-ci il sentyabr ayının 27-də başlanan II Qarabağ savaşında, torpaqlarımızın erməni işğalından azad olunması uğrunda apardığımız müqəddəs Vətən müharibəsində ən son xəbərləri səhər saat 6-da efirdən alırdıq. Hər bir azərbaycanlı həyəcanla, intizarla, ümidlə Qələbə xəbərini gözləyirdi. O zaman keçirdiyimiz, indi ifadə edə bilməyəcəyimiz hissləri, duyğuları məhz Qulu Ağsəs bədii sözün gücü ilə bir daha canlandırır...

Aradan illər keçsə də, eyni həyəcan, eyni ümid, inam...

lll

Bu topludakı ilk essesini müəllif "Görsən üşüyürsən, yandır özünü" sərlövhəsi ilə oxucusuna təqdim edib. Mətndə belə bir cümlə var: "Yuxumda həmişə sol əlimi əzirəm, ayılanda görürəm ki, ağrıyan sağ əlimin orta barmağıdır. Qələmin yağır elədiyi yer".

Özlüyümdə mən də mətnə başqa bir ad verirəm: "Avtoportret".

Qoy qələm dostumuzun barmaqları yazmaqdan yağır olsun. Qarğış deyil, alqışımdır!

lll

Esselərin bəziləri tanıdığım qələm adamlarını mənə bir daha, yaxından tanıtdı: Rəşad Məcid, Aqil Abbas, Eyvaz Zeynalov, Avdı Qoşqar, Etibar Cəbrayıloğlu...

İş yoldaşı, dünyadan vaxtsız köçmüş şairə Fərqanə Mehdiyeva haqqında esseni ağı kimi dinlədim...

Oxuduğum hər bir mətn haqqında ürəyimdən keçənləri kağıza köçürtsəm, yəqin ki, həcmləri esselərin özlərindən geniş olar.

Qınaq yiyəsi olmaq istəmirəm.

lll

Qəribədir, nədənsə birdən-birə ağlımdan keçdi ki, Qulu Ağsəs bu kitabdakı yazıları ya saatın tamamında qələmə almağa başlayıb, ya da saatın tamamında bitirib. Elə buna görə də mən də yazıma belə bir sərlövhə seçdim: "Saatın tamamında..."

lll

Qulu Ağsəsin esselərindən birinin ilk cümləsidir: "Yazının nüvəsi onun başlığıdır. Odur ki, sərlövhəyə "nüvə başlığı" da demək olar".

Qulu Ağsəsin bu kitabı, adından tutmuş hər bir essenin sərlövhəsinəcən, büsbütün "nüvə başlığı"dır.

lll

Qulu Ağsəs vur-tut 2-3 səhifəlik çox qısa esselərində indiyəcən özlüyümdə yaxşı tanıdığımı güman etdiyim mənə yaxın neçə-neçə dostumun bir-iki ştrixlərlə maraqlı obrazlarını yaradıb.

lll

"Sən haralısan, haralı, durna?"

Xalq mahnısının sözləriymiş bu... Quşdan da qeydiyyat soruşurlar".  Oxuya-oxuya bilmirsən güləsən, ya ağlayasan...

lll

Qulu Ağsəsin Etibar Cəbrayıldan söz açan essesindəki kəlmələrdir: "Eynəkli adamları doğma bilirəm..."

Otuz beş yaşımdan bəri eynək taxıram. Əlbəttə, həkimlərin tövsiyəsi ilə.

Durduğum yerdən 5-10 metr aralı məsafədəkilərə baxa-baxa görüb ayırd edə bilmirdim. Bu da yol gedəndə qarşılaşdığım ilə üz-üz gəlib toqquşmaq və sair təhlükələr yaradırdı. Və optik eynək - o zaman mənfi dörd, indi isə yeddi...

İstər yaxın olsun, istər uzaq - yaxşı görmək, ayırd etmək üçün optik cihazdan qabaq gərək dəqiq görən ürəyin ola...

Gözlərin də, ürəyin də qələmə aldığın mətnlərdəki kimi həmişə işıqlı olsun, qələm dostum!

A.TAĞIYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Oktyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri