“Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” Açıqlama
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Yevlax Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlardan qanunsuz ödəniş tələb olunduğu haqda iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda vətənadaş Xəyyam Salmanzadə sosial şəbəkədə paylaşım edib.
O iddia edir ki, Ağdam Mərkəzi Rayon Xəstəxanasının göndərişi ilə gözündə yaranmış problem səbəbindən Yevlax Mərkəzi Rayon Xəstəxanasına aparılan yaşlı qadından həkim qəbulu zamanı 40 manat ödəniş tələb edilib:
“Xanım həyat yoldaşını itirib, ruhi xəstə oğlu ilə birlikdə ağır sosial şəraitdə yaşayır.
Saatlarla növbə gözlədik. Qəbul zamanı həkim bizdən 40 manat tələb etdi. Üstümüzdə həmin məbləğ olmadığından, gün ərzində gətirib ödəyəcəyimizi bildirdik”.
O bildirib ki, həmin vaxt digər pasiyentlərin həkim qəbuluna 25 manat ödədiklərinin də şahidi olub:
“Diqqətimizi çəkən başqa bir məqam isə bizdən əvvəl qəbul olunan bir çox xəstənin 25 manat ödəməsi idi. Xəstələr əllərində pulla həkimin otağına daxil olurdular. Bunun nədən qaynaqlandığı və ödənişlərin hansı hüquqi əsasla alındığı barədə isə vətəndaşlara aydın məlumat verilmirdi”.
Bundan əlavə, göz xəstəliklərinin müalicəsində istifadə olunan “Avastin” preparatının vurulması üçün ayrıca ödəniş istənildiyini qeyd edib:
“Əgər “Avastin” preparatı dövlət tərəfindən təmin olunursa, onun vurulmasına görə niyə əlavə ödəniş tələb edilir? Niyə bəzi xəstələrdən 25 manat, bizdən isə 40 manat istənildi? Bu ödənişlər rəsmidirmi?”
İddialarla bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 10 İyul 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















