Saatlarla tıxacda qalmaq avtomobilə necə təsir edir? Usta açıqladı
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtda nəqliyyat sıxlığının artması sürücülərin gün ərzində uzun müddət tıxacda qalmasına səbəb olur. Saatlarla hərəkətsiz və ya aşağı sürətlə çalışan avtomobil yalnız yanacaq sərfiyyatını artırmır, eyni zamanda mühərrik, soyutma sistemi, transmissiya və digər texniki hissələrə əlavə yük yaradır.
Mühərrik ustası, BMW, Land Rover markalı avtomobillərin mühərriklərinin təmiri üzrə mütəxəssis Azər Zülfiqar Demokrat.az-a bu barədə danışıb.

Onun sözlərinə görə, tıxacda dayanmış avtomobildə birinci növbədə soyutma sistemi ilə bağlı problemlər yaranır:
“Buraya borular, termostat, su pompası, radiator, hətta mühərrikin özündə yarana biləcək nasazlıqlar da daxildir. Çünki avtomobil saatlarla yerində işləyir və mühərrik yüksək temperaturda çalışır. Maşın hərəkətdə olarkən külək vasitəsilə soyuyur, amma yerində dayanarkən həm özünün yaratdığı istilik, həm də ətrafdakı avtomobillərin istisi mühərrikə və digər sistemlərə əlavə yük yaradır. İkincisi, mühərrik yağına təsir edir. Məsələn, adi rejimdə 7 min kilometrdən bir dəyişdirilən yağ tıxacda daha çox işlədilən avtomobildə 4-5 min kilometrdən bir dəyişdirilməlidir. Çünki belə hallarda avtomobilin iş yükü yalnız kilometrlə deyil, saatla da ölçülür. Buna görə də yağ daha tez öz keyfiyyətini itirir”.
Azər Zülfiqarov üçüncü növbədə transmissiyanın gəldiyini deyib:
“Məsələn, avtomobil yerində dayanarkən selektor “Drive” vəziyyətində saxlanıldıqda transmissiya qızır. Nəticədə transmissiya yağının keyfiyyəti itir və transmissiyanın ömrü qısalır. Bunlar əsas üç problemdir. Bundan başqa, yanacaq sistemi də təsirlənir. Yanacaq qızır və yerində uzun müddət işləyən avtomobildə onun temperaturu daha çox yüksəlir. Bu da yanacaq pompasına, yanacaq nasosuna zərər yetirə bilər. Ona görə də tıxaclarda çox işləyən avtomobillərdə yanacaq çəni və yanacaq sistemi ilə bağlı problemlərə daha çox rast gəlinir”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Saatlarla tıxacda qaldı
17 Aprel 2025 12:11
İsti hava avtomobilə necə təsir edir? Usta AÇIQLADI
07 Avqust 2026 16:18
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər XƏBƏRDARLIQ!
22 Sentyabr 2026 11:39
İnsanları saatlarla tıxacda saxlayan təmir nə ilə əlaqədardır? AÇIQLAMA
13 İyun 2025 16:09
Saatlarla telefona baxırsınız?
13 Sentyabr 2026 12:56
Baxış sayı:185
Bu xəbər 17 Sentyabr 2026 08:31 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları