Icma.az
close
up
RU
Saatlı şəhərində müharibə iştirakçıları üçün məlumatlandırma sessiyası keçirilib

Saatlı şəhərində müharibə iştirakçıları üçün məlumatlandırma sessiyası keçirilib

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Demokratiyanı Öyrənmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müharibə iştirakçılarının hüquqlarının müdafiəsinə dəstək” layihəsi  çərçivəsində müharibə iştirakçıları üçün növbəti məlumatlandırma sessiyası keçirib.

"Cebheinfo.az" xəbər verir ki, 11 İyun 2025-ci ildə Saatlı şəhərində təşkil edilən sessiya Birliyin sədri Mirəli Hüseynovun iştirakçılara layihənin əsas vəzifələri və təklif edilən xidmətlər haqqında məlumat verməsi ilə başlayıb. O, layihənin  əsas komponentləri olan hüquqi məlumatlılığın artırılması və hüquqi yardım xidmətinin artırılmasına olan zərurət, bunların əhəmiyyəti və digər məsələlər ilə bağlı iştirakçılara məlumat verib.

Layihə eksperti Vüqar  Hüseynov ”Müharibə iştirakçılarının statusu və sosial hüquqları” mövzusunda təqdimatla çıxış edib. Ekspert müharibə iştirakçıları anlayışına aydınlıq gətirmiş, müharibə veteranı və müharibə ilə əlaqədar əlillik statusunun əldə edilməsinin şərtləri və mexanizmlərini izah etmiş və bu koteqoriyadan olan şəxslərin imtiyazları, güzəştləri və digər üstünlükləri ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırmışdır.

Bu cür tədbirləri yüksək qiymətləndirən müharibə iştirakçıları onları maraqlandıran suallara da cavab tapmaq fürsəti əldə ediblər.  

Tədbir iştirakçıları həmçinin onlara təklif olunan pulsuz hüquqi yardım xidməti haqqında da məlumatlandırılıblar. Layihə hüquqşünası Vazeh Zahidov və onun əlaqə koordinatları təqdim edilmiş, hüquqi yardım xidmətinin predmeti, formaları və müddətləri ilə bağlı ətraflı məlumat verilmişdir.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 İyun 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri