Saatlı və Salyanda qanunsuz ov edən şəxslər saxlanılıblar
Icma.az, Operativmedia portalına istinadən məlumat verir.
Saatlı və Salyanda qanunsuz ov edən şəxslər saxlanılıblar
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Sımada kəndi ərazisində qanunsuz olaraq çöl quşları ovlayan D.Əliyev saxlanılıb. Həmin şəxsdən müvafiq sənədləri olmayan ov tüfəngi və ovladığı çöl quşları aşkarlanıb.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən tədbir zamanı isə rayonun Şorsulu kəndi ərasizində çöl quşları ovlayan M.Ağayev saxlanılıb. Həmin şəxsdən 1 ədəd tüfəng və həmin silaha aid patronlar, ov qurğuları, eləcə də qanunsuz olaraq ovladığı çöl quşları aşkar olunub.
Faktlarla bağlı araşdırmalar aparılır.
Baxış sayı:66
Bu xəbər 06 Noyabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















