Saatlıda qulaqları eşitməyən ər arvadını döydü, həbs olunmamış amnistiyaya düşdü
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Saatlıda qulaqları zəif eşidən kişi arvadını döyüb.
Lent.az xəbər verir ki, hadisə Qara Nuru kəndində qeydə alınıb.
Qrip olduğu üçün qulaqları tutulan 32 yaşlı Amin Cəfərov (ad və soyad şərtidir) arvadının dediyi sözləri eşitməyib. Qadın ikinci dəfə sözləri təkrar etsə də, Amin yenə eşitməyib və arvadını yumruqla vuraraq, yerə yıxıb. Sonra saçından tutaraq, çarpayının yanına sürükləyib və başını taxtaya çırpıb.
Bu əməlinə görə, Amin Cəfərov saxlanılıb və barəsində cinayət işi açılıb.
Məhkəmə istintaqı zamanı törətdiyi əməlin yüngüllük dərəcəsinə görə Aminin amnistiya aktına düşdüyü müəyyən edilib.
Saatlı rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad olunub.
Baxış sayı:93
Bu xəbər 03 Yanvar 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















