Icma.az
close
up
RU
Saatlıq əməkhaqqı mövzusu gündəm oldu: Nazirlik AÇIQLAMA YAYDI

Saatlıq əməkhaqqı mövzusu gündəm oldu: Nazirlik AÇIQLAMA YAYDI

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır.

Nazirliyin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.

"Layihə ilə bağlı yenilik olduğu təqdirdə, bu barədə ictimaiyyətə məlumat veriləcəkdir", - açıqlamada vurğulanıb.

“Yeni Sabah” xəbər verir ki, Modern.az-ın məlumatına görə, ƏƏSMN-in Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov bildirib ki, Nazirlik tərəfindən mütəmadi olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində qanunvericiliyə dəyişiklik layihələri hazırlanır.

Onun sözlərinə görə, hazırda qanunvericilikdə 200-ə yaxın dəyişikliyi nəzərdə tutan 7 dəyişiklik layihəsi mövcuddur:

"Həmin layihələr üzrə aidiyyəti orqanlarla razılaşdırma mərhələsi prosesi davam edir. Bu layihələrdən biri də saatlıq əməkhaqqının tətbiqi ilə bağlı olan Əmək Məcəlləsinə dəyişiklik layihəsidir. Saatlıq əməkhaqqı sisteminin bütün işçilərə şamil olunması nəzərdə tutulmur".

Şöbə müdiri bildirib ki, qanunvericilik layihələri hazırlanan zaman beynəlxalq təcrübə araşdırılır, eyni zamanda yerli qanunverciliyin tələbləri, işəgötürənlərin və işçilərin qarşılaşdıqları problemlər və uyğunsuzluqlar təhlil edilir və normativ hüquqi akt layihəsi buna uyğun olaraq hazırlanır:

"Tərəfimizdən beynəlxalq təcrübənin araşdırılması zamanı müəyyən edilmişdir ki, 3 formada əməkhaqqı ödəniş sistemi mövcuddur. İlk olaraq aylıq əməkhaqqı, hansı ki, bu gün respublikada bu normadan istifadə olunur. İkincisi, yalnız saatlıq əməkhaqqı tətbiq olunan ölkələrdir ki, bura ABŞ, Böyük Britaniya, Almaniyanı misal göstərə bilərik. Bəzi ölkələr də var ki, bu ölkələrdə saatlıq və aylıq əməkhaqqı sistemlərinin hər ikisi tətbiq olunur. Buna misal olaraq Estoniya, Malaziya, Rumıniya, Ukraynanı misal göstərmək olar. Hətta həftəlik minimum əməkhaqqı tətbiq olunan ölkələr belə mövcuddur".

Şöbə müdirinin sözlərinə görə, aparılmış təhlillər nəticəsində müəyyən ölkəmizdə həm aylıq, həm də saatlıq əməkhaqqı sistemlərinin eyni zamanda tətbiqi uyğun görülüb.

"Aparılmış təhlillər nəticəsində müəyyən etdik ki, ölkəmizdə həm aylıq, həm də saatlıq əməkhaqqı sistemlərinin eyni zamanda tətbiqinin üzərində dursaq, daha yaxşı olar. Layihə bunun üzərində hazırlanıb. Bunun  bütün işə götürənlərə şamil olunması nəzərdə tutulmur. Burada yalnız qısa müddətli və həftəlik iş vaxtı normasının yarısından az işləyən şəxslərə layiqli əməyin təyin edilməsi nəzərdə tutulur. Bərabər, yüksək əməkhaqqının təmin edilməsi məqsədilə saatlıq əməkhaqqı sistemi yalnız dediyim kontingentdən olan şəxslərə tətbiq olunması nəzərdə tutulur. Burada sahələri indidən demək çətindir, amma belə düşünmək olar ki, bu qısamüddətli, bir aydan daha aşağı bağlanan müqavilələr yaxud həftəlik iş vaxtı normasından az işləmə hansı sahələrdə tətbiq olunursa, aid edilə bilər. Misal olaraq mövsümi kənd təsərrüfatında işə cəlb olunan şəxslər, yaxud restoranlardakı ofisiantlar. Hansı ki, müəyyən işi icra etdikdən sonra iş bitmiş sayılır. Bu həm işəgötürənlərdə, həm də işçilərdə əmək münasibətlərində çevikliyi artıracaq. Eyni zamanda əmək məhsuldarlığının artacağını düşünürük. Hazırda Əmək qanunvericiliyində aylıq əməkhaqqından hesablanan saatlıq tarif maaşı deyilən anlayış var. Hansı ki, müəyyən orta aylıq əməkhaqqının hesablanması zamanı istifadə olunur. Amma bizim təklif etdiyimiz layihədə saatlıq əməkhaqqı tətbiq olunan sahələrdə həmin əməkhaqqının miqdarı aylıq əməkhaqqının əsasında müəyyən edilən saatlıq tarif maaşından daha yüksək müəyyən ediləcək"- F.Heydərov qeyd edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 May 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see151

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri