Icma.az
close
up
RU
Sabah 5 ci pilləni də Neftçi yə vermədi

Sabah 5 ci pilləni də Neftçi yə vermədi

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Sabah (Bakı) - Neftçi (Bakı) 1:0 (0:0)
92. Stas Pokatilov - 6,0
10. Namik Ələskərov (k) - 5,5
(17. Tellur Mütəllimov, 61) - 5,0
9. Anatoli Nuriyev - 5,5
(6. Abdulax Xaybulayev, 46) - 5,5
8. Ayaz Quliyev - 6,0
5. Rəhman Daşdəmirov - 6,5
88. Xəyal Əliyev - 5,5
(18. Pavol Şafranko, 46) - 6,0
4. Sofian Çakla - 4,5
40. İqor Noqeyra - 5,5
70. Cesse Sekidika - 7,0
(11. Kahim Parris, 75) - 5,0
3. Con İrasabal - 6,0
13. İvan Lepinitsa - 5,5
(33. Umarali Raxmonaliyev, 61) - 5,5
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
7. Boyan Letiç
12. Vinsent Til
99. Neqoş Kupusoviç
83. Stefen Ende
Baş məşqçi: Vasili Berezutski
Komandanın ən yaxşısı: Cesse Sekidika
93. Rza Cəfərov (k) - 5,5
10. Filip Ozobiç - 5,0
(22. Dembo Darbo, 57) - 5,0
8. Emin Mahmudov - 5,5
19. Azər Salahlı - 5,5
4. Elvin Camalov - 5,5
14. Edvin Kuç - 4,5
99. Ervin Koffi - 5,0
23. Robert Bauer - 5,0
(17. Rəhman Hacıyev, 46) - 5,0
24. Mustafa Sek - 5,0
(88. Andrey Ştoqrin, 70) - 5,0
9. Bassala Sambu - 5,5
11. Aleks Fernandes - 6,0
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rustəm Samiqullin
90. Ramil Şeydayev
91. Ağadadaş Salyanski
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Aleks Fernandes
Qol: C.Sekidika, 64 (R.Daşdəmirov).
Vərəqələr: E.Camalov, 89 (qeyri-idman hərəkəti) - sarı. S.Çakla, 50 (ciddi qayda pozuntusu). E.Kuç, 76 (rəqibi aşkar qol vurmaqdan məhrum etmək) - qırmızı.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov (hamısı Bakı).
VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
24 may. Bakı. “Bank Respublika Arena”. 1000 tamaşaçı (8700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Görünən dağa nə bələdçi?! Avrokuboklardan əlini üzən "Neftçi"nin Masazıra 5-ci yeri ələ keçirmək ümidiylə gəldiyi bəlli idi. Ölkə kubokunun finalında "Qarabağ"la qarşılaşacaq "Sabah" isə həm mövqeyini qorumalı, həm də mövsümü qələbəylə başa vurmağın yolunu tapmalıydı.

Düzü, Samir Abasovun son 4 matçda uduzmayan komandasının şansı qeyd olunan hədəf baxımından az deyildi. Ancaq "Neftçi" ilk dəqiqələrdən təşəbbüsü ələ almağı bacaran "Sabah"dan istədiyini qopara bilmədi. Qol buraxan, bu azmış kimi, 10 nəfərlə qalan Masazır təmsilçisinin qapısına yol tapa bilməyən "ağ-qaralar" məğlubiyyətlə barışmalı oldu. Əslində "bayquşlar" uduzmaq istəmədiyini lap əvvəldən ortaya qoydu. 10-cu dəqiqədə Nuriyev komandasını önə çıxara bilərdi ki, qeyri-dəqiq oynadı. Çox keçmədən Namik bəxtini sınadı. İrasabalın ötürməsi sayəsində cərimə meydançası daxilində yaranan qarışıqlıqdan istifadə etmək eşqinə düşən kapitan Rza ilə bacarmadı.
Növbəti qol vəziyyətini də meydan sahibləri yaratdı. 20-ci dəqiqədə Xəyalın cərimə meydançasına çatdırdığı topu Lepinitsa tora qovuşdurmağa cəhd göstərdi. Etiraf edək ki, xorvatiyalının fərqlənmək ehtimalı böyük idi. Sadəcə, azca dəqiqlik çatmadı. Ardınca Sekidika iki dəfə üzüldü. Onun təxminən 30 metr məsafədən endirdiyi zərbə uğursuzluqla nəticələndi. Daha doğrusu, Rza təhlükəni dəf etdi. İkinci cəhd isə qeyri-dəqiqliyin qurbanı oldu.
Hücumları davam etdirən "bayquşlar"ın 32-ci dəqiqədə yaratdığı fürsəti Ayaz boşa verdi. O da Rzanın öhdəsindən gələ bilmədi. Bir qədər sonra Sekidika çox ideal şansı qaçırdı. Halbuki Xəyal nigeriyalının fərqlənməsi üçün düşünülmüş ötürmə vermişdi, yalnız topa qüvvətli zərbə endirmək qalırdı. Lakin Sekidikanın həlledici toxunuşu yumşaq alındığından Rza üçün təhlükəni sovuşdurmaq çətin olmadı. "Neftçi"nin ilk "dişə vurulası" hücum cəhdinə 45+1-ci dəqiqədə şahidlik etdik. Epizodu Fernandesin qeyri-dəqiq çıxışı nöqtələdi.
İkinci hissə hələ yenicə başlamışdı ki, "Neftçi"nin “çörəyinə yağ sürtən” hadisə baş verdi. Yox-yox, qonaqlar hesabı açmadı. Ancaq 50-ci dəqiqədə Çaklanın Kuçu kobud müdaxiləylə yerə sərməsi hakimin qırmızı vərəqə göstərməsiylə nəticələndi. Belədə qonaqların daha fəal oynamağa başlayacağı bəlli idi. İş ondadı ki, "ağ-qaralar" nəinki bundan faydalana bilmədi, hətta qol buraxdı. 64-cü dəqiqədə Sekidika Rəhmanın ötürməsini baxımlı qolla tamamladı. Rza topun qövs xəttiylə "çərçivə"yə daxil olmasını izlədi desək, yanılmarıq. Hər halda, tamaşaçıların əksəriyyəti kimi, qapıçı da bunun ötürmə olduğunu zənn etdiyindən müdaxilə üçün yubandı.
Qalan dəqiqələrdə hər iki komanda bəxtsizliklə üzləşdi. Əvvəl Rəhman Hacıyevin fərqlənmək arzusunu tir puç etdisə, qapıçıyla üzbəüz qalan Şafrankoya cüzi qeyri-dəqiqlik mane oldu. 76-cı dəqiqədə isə "Neftçi" azlıqda qaldı. Buna Kuçun Rzayla təkbətək mübarizəyə qoşulmağa can atan Şafrankonu ayaqlarından yapışaraq yerə sərməsi səbəb oldu. Ardından "Sabah"dan Umaraliylə Tellurun, "Neftçi"dən Sambunun qeyri-dəqiq zərbələrinə şahidlik etdik.
Matça yetərincə həyəcanlı epizodla yekun vuruldu. Belə ki, Azər 90+4-cü dəqiqədə hesabı bərabərləşdirməyə cəhd etdi. Ancaq onun başla tora qovuşdurmaq istədiyi top Pokatoliva, ardından tirə toxunandan sonra qapıçıda qaldı. Beləliklə, "Sabah" mövsümü "Neftçi"yə uduzmadan başa vurdu. "Ağ-qaralar" isə yerindən - 6-cı pillədən tərpənmədi.
Gözdən qaçmadı
// "Soldati di Sabah" və susmaq andına sadiq qalan "Forza Neftçi" fanklubları stadionda idi.
// Berezutski Çaklanın qırmızı aldığı epizodun VAR-da incələnməsini tələb etdi. Hər halda, qərar haqlı idi.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 İyun 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri