“Sabah” “Alba” ilə oyuna hazırlığı yekunlaşdırır in FOTOREPORTAJI
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın “Sabah” basketbol klubu FİBA Çempionlar Liqasının 2-ci turu çərçivəsində Almaniyanın “Alba” komandası ilə keçirəcəyi oyun öncəsi son məşqlərindən birini keçirib.
İdman.Biz-in məlumatına görə, Rimas Kurtinaytisin yetirmələri oktyabrın 15-i çərşənbə günü görüşün keçiriləcəyi Milli Gimnastika Arenasında məşq edib.
Baş məşqçi Rimas Kurtinaytis saytımıza açıqlamasında qeyd edib ki, bugünkü məşq zamanı komanda turnirin favoritlərindən birinə qarşı qarşıdakı oyun üçün əsas taktikasını müəyyənləşdirib.
Xatırladaq ki, FİBA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Sabah” səfərdə Çexiya “Nimburk”a 65:93, “Alba” isə doğma meydanda Fransa “Şalon”una 76:81 hesabı ilə uduzub.
Baxış sayı:60
Bu xəbər 13 Oktyabr 2025 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















