“Sabah” “Araz Naxçıvan”la oyunda hansı qaydanı pozub? “Bank Respublika Arena”da problem
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
AFFA İntizam Komitəsinin son iclasında cərimələnən klublar sırasında “Sabah” da var. Masazır təmsilçisi “Araz-Naxçıvan”la oyunda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələblərini pozduğuna görə 1000 manat ziyana düşüb.
Redaksiyamıza daxil olan məlumata görə, “bayquşlar”ın cərimələnməsinin konkret səbəbi matçın keçirildiyi “Bank Respublika Arena”da isti su probleminin yaşanmasıdı.
Bu barədə klubun mövqeyini öyrənmək məqsədilə “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Bəli, suya görə müəyyən problem yaşandı. Lakin məhz bu səbəbdən cərimə edilib-edilmədiyimizi bilmirik. Su ilə bağlı problemə gəlincə, son iki ildə bir-iki dəfə belə hal yaşanıb. Bəzi hallarda suyun isinməsi üçün gözləmək lazım gəlir. Bəlkə də futbolçular əvvəlcə suyun isti olmadığını görüb və duş almaq istəməyib. Problemin aradan qaldırılması yönündə çalışırıq”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 15 Fevral 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















