Sabah Bakıda bu yollar bağlanacaq
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sabahdan aparılacaq təmir işləri ilə əlaqədar Bakının bir neçə küçə və yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Axar.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, sürücülərə təmir işləri aparıldığı müddətdə alternativ yollardan istifadə etmələri, ərazidə tətbiq edilən müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur.
Təmir işləri aparılacaq yollar aşağıdakılardır:
- Mikayıl Əliyev küçəsi ilə Kamil Balakişiyev küçəsi arasında yerləşən avtomobil yolu – 2 sentyabr saat 09:00-dan;
- Kamil Balakişiyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsindən 61 nömrəli məktəbədək olan hissəsi – 2 sentyabr saat 10:00-dan;
- Xətai rayonu, Abdulla Rəhimov küçəsi – 3 sentyabr saat 08:00-dan.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 01 Sentyabr 2026 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















