“Sabah” basketbol klubu yeni mövsümə Litvada hazırlaşacaq
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 18 avqust, AZƏRTAC
“Sabah” basketbol komandası yeni mövsümə hazırlıq çərçivəsində Litvada təlim-məşq toplanışı keçirəcək.
Klubdan AZƏRTAC-a bildirilib ki, avqustun 23-dən sentyabrın 14-dək davam edəcək hazırlıq prosesində Bakı təmsilçisi Avropanın müxtəlif klub turnirlərində iştirak edən Litva komandaları ilə yoxlama oyunları keçirəcək.
“Sabah” avqustun 26-da Çempionlar Liqasında çıxış edən “Yuventus Utena”, avqustun 29-da Avropa Kubokunun iştirakçısı “Şyaulyay”, sentyabrın 3-də “London Lyons” (Böyük Britaniya), sentyabrın 6-da isə Avroliqada mübarizə aparan “Jalqiris”lə qarşılaşacaq.
Təlim-məşq toplanışı sentyabrın 12-13-də Klaypedada keçiriləcək “Vladas Garastas” Kuboku ilə yekunlaşacaq. “Sabah” turnirin yarımfinalında yerli “Neptunas” klubu ilə üz-üzə gələcək. Digər yarımfinal qarşılaşmasında “Zelli Riqa” (Avstriya) və “Şyaulyay” komandaları qarşılaşacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 18 Avqust 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















