Sabah bəzi ərazilər qazsız qalacaq
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sabah Yevlax və Bərdə rayonlarının bəzi kəndlərinin təbii qazın verilməsində məhdudiyyətlər yaranacaq.
Milli.Az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 9-da saat 09:00-dan işlər yekunlaşanadək Yevlax rayonunun Malbinəsi, Qoyunbinəsi, Qaraməmmədli, Qaramanlı, Hacımahmudlu, Nurallar, Dəlləklər, Nəmərli, Köyük, Rüstəmli, Kövər, Kolanı kəndlərinin və həmçinin Bərdə rayonunun Samux kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:Sabah bəzi ərazilər qazsız qalacaq
18 İyun 2026 18:23
Sabah bu ərazilər qazsız qalacaq
25 Noyabr 2024 17:34
Baxış sayı:137
Bu xəbər 08 İyul 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















