“Sabah“ “Borussiya Dortmund“a niyə uduzdu? Açıqlama
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
"Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Almaniyanın "Borussiya Dortmund" klubuna 1:2 hesabı ilə məğlub olsa da, oyunu ilə müsbət təəssürat yaradıb.
"Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev, Azərbaycanın U-18 millisinin baş məşqçisi Mahmud Qurbanov və "Şamaxı"nın baş məşqçisi Azər Bağırov Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma barədə Oxu.az-a fikirlərini bölüşüblər.
Elmar Baxşıyev "Sabah"ın meydanda inamlı təsir bağışladığını və rəqiblə mübarizə aparmaq gücündə olduğunu bildirib:
"Dünənki oyunda "Sabah" baxımlı və inamlı futbolu ilə yadda qaldı. Xətlərarası əlaqələrin yaxşı olduğu hiss edilirdi. Qarşılaşmanın bəzi hissələrində üstünlük də əldə etdilər. Bir qədər də şanslı olsaydılar, heç-heçə etmək mümkün idi. Lakin "Borussiya Dortmund" daha təcrübəli və keyfiyyətli komanda olduğuna görə oyunu qələbə ilə başa vura bildi".
Mahmud Qurbanov da nəticədən asılı olmayaraq, Bakı təmsilçisinin çıxışını yüksək qiymətləndirib. O, "Sabah"ın rəqibindən çəkinmədən, inamla oynadığını vurğulayıb:
"Düşünürəm ki, "Sabah" çox yaxşı oynadı. Məğlub olsa da, oyun baxımından "Borussiya Dortmund"dan geri qalmadı. Bir çox epizodlarda rəqiblə bərabər səviyyədə mübarizə apardı. Çəkinmədən, qorxmadan, inamla oynadılar. Sürətli hücumlar qurdular. Hər iki komandanın ifasında açıq futbol gördük. "Sabah"ın qol vurmaq üçün başqa imkanları da var idi, rəqibin qapıçısı da yaxşı oynadı.
Oyundan əvvəl "Borussiya Dortmund"un favorit olduğu bəlli idi. Bəziləri hesabın daha böyük olacağını da düşünə bilərdi. Ancaq "Sabah"ın çıxışı göstərdi ki, heç-heçə etmək ehtimalı da var idi. Rəqibin çıxış etdiyi çempionat, futbolçuların fərdi keyfiyyətləri bunu çətinləşdirdi. Buna baxmayaraq, "Sabah" həm hücumda, həm də müdafiədə yaxşı təsir bağışladı. Məğlubiyyətə rəğmən, meydanda inamlı oyun nümayiş etdirdi".
"Şamaxı"nın baş məşqçisi Azər Bağırov isə qarşılaşmanın gedişində "Sabah"ın oyununu yaxşılaşdırdığını və xüsusilə birinci hissənin sonuna doğru daha yaxşı təsir bağışladığını söyləyib:
"Sabah" ilk 10-15 dəqiqədə rəqibin adına görə müəyyən təzyiq altında oynadı. Ancaq oyun getdikcə daha yaxşı görünürdü. Həm pressinqdə, həm oyun quruculuğunda, həm də müdafiədən hücuma çıxmaqda irəliləyiş hiss olunurdu. Rəqibin təzyiqini üzərindən atdıqdan sonra, xüsusilə birinci hissənin sonuna doğru daha yaxşı oynamağa başladı.
İkinci hissədə də "Sabah" yaxşı təsir bağışladı. Qol epizodları yaratdı, sürətli əks-hücumlar etməyə çalışdı. Çempionlar Liqasındakı ilk mövsümündə komandanın çıxışını uğurlu hesab edirəm. Növbəti oyunlarda da "Sabah"a uğurlar arzulayıram".
Qeyd edək ki, "Sabah" klubu ilk dəfədir qatıldığı UEFA Çempionlar Liqasında üç turdan sonra üç xalla 25-ci yerdədir. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv növbəti matçını noyabrın 4-də səfərdə Norveçin "Vikinq" klubuna qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 21 Oktyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















