Icma.az
close
up
RU
Sabah böyük gündür Prezidentlər toplaşır, dronlar...

Sabah böyük gündür Prezidentlər toplaşır, dronlar...

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Moskva bu il də ənənəvi olaraq 9 May – Qələbə Günü münasibətilə hərbi parad keçirməyə hazırlaşır.

Məlumdur ki, bir sıra ölkələrin liderləri və nümayəndə heyətləri bu ilki paradda iştirak etməyəcəklər. Azərbaycan da tədbirdə təmsil olunmayacaq ölkələr sırasındadır. 

Parad zamanı Ukrayna tərəfindən hər hansı təhlükə gözlənilə bilərmi? 

Mövcud sualla bağlı Sfera.az-a açıqlama verən hərbi ekspert Anar Şuşalı bu il də Moskvanın ənənəvi olaraq 9 may Qələbə Gününü parad günü kimi qeyd etməyə davam etdirdiyini bildirib. 


Onun sözlərinə görə, bir sıra ölkələrin iştirak etməməsi geosiyasi fonun dəyişdiyini göstərir: 

“Ukraynadan gələn təhlükə məsələsinə gəldikdə isə, hazırda açıq şəkildə Moskvanın özü birbaşa hədəf olsa da, genişmiqyaslı hücum ehtimalı çox azdır. Bunun bir neçə səbəbi var:

Yüksək təhlükəsizlik tədbirləri – Rusiya belə paradlar zamanı xüsusi təhlükəsizlik rejimi tətbiq edir. Moskva səmasında hava hücumundan müdafiə sistemləri tam aktiv olur.

Simvolik məkan və tarix – Paradın məhz Qələbə Günündə və Qızıl Meydanda keçirilməsi Rusiya üçün milli qürur məsələsidir və bu, hər hansı hücum halında beynəlxalq reaksiyanı da daha kəskin edərdi.

Ukraynanın taktiki yanaşması - Ukrayna daha çox cəbhə xəttinə və logistik obyektlərə zərbə endirməyə üstünlük verir. Parad kimi siyasi tədbirə hücum etmək isə riskli və qeyri-prioritet ola bilər.

Lakin texnoloji imkanlar artdıqca, dron və raketlərlə simvolik hədəflərə zərbə endirmək cəhdləri də istisna edilmir. Son aylarda Moskva ətrafında baş verən dron hücumları bu təhlükəni tamamilə yox saymağa imkan vermir”.

A.Şuşalı Qələbə Günü münasibətilə Moskvada keçiriləcək hərbi parad üçün Rusiyaya 29 ölkənin liderinin dəvət edildiyini bildirib. 

O qeyd edib ki, bu liderlər əsasən Rusiya ilə dost münasibətləri olan ölkələri təmsil edir:

“Burada yeni iştirak edən dövlət də var. Məsələn, Şimali Koreya bu paradda ilk dəfədir ki, iştirak edir. Əlavə olaraq, Ermənistan, Qırğızıstan, Tacikistan, Türkmənistan və digər MDB ölkələrinin liderləri də dəvət olunub. Lakin Qərb ölkələrinin, xüsusilə ABŞ və Avropa İttifaqı üzvlərinin liderləri builki paradda iştirak etməyəcəklər. Bu, Rusiya ilə Qərb arasında Ukrayna müharibəsi fonunda yaranan gərgin münasibətlərin nəticəsi kimi qiymətləndirilir. Paradda iştirak edən liderlərin siyahısı Rusiya ilə yaxın münasibətləri olan ölkələrin mövqeyini və beynəlxalq siyasətdəki cari vəziyyəti əks etdirir”.

Hərbi ekspert Ukraynanın 9 May paradı zamanı Moskvaya və ya digər Rusiya şəhərlərinə real təhlükə törətmək potensialı müəyyən qədər mövcud olduğunu, lakin bu risklərin məhdudluğunu və daha çox simvolik xarakter daşıdığını vurğulayıb. 

Müsahibimiz bildirib ki, Ukraynanın yaratdığı potensial təhlükələr bunlardır: 

Dron hücumları:


Ukrayna artıq bir neçə dəfə Moskvaya dron hücumları təşkil edib. Xüsusilə energetika və sənaye obyektlərini hədəf alıb. Qələbə Günü paradı kimi yüksək səviyyəli tədbir zamanı Ukraynanın simvolik hücum cəhdi mümkündür.
 

Kiberhücumlar:


Ukraynanın və ya ona dəstək verən qrupların Rusiya dövlət infrastrukturuna qarşı kiberhücumları gözlənilə bilər – məsələn, teleyayımın pozulması və ya xəbər portallarının ələ keçirilməsi kimi aksiyalar.


Psixoloji təsir və informasiya əməliyyatları:

Ukrayna bu günü istifadə edərək informasiya müharibəsində fəallaşa bilər, Rusiya daxilində ictimai narazılığı gücləndirmək və simvolik zəiflik mesajları vermək üçün addımlar ata bilər.


Amma məhdudiyyətlər də var:

Texniki çətinliklər: Moskva güclü hava hücumundan müdafiə sistemləri ilə qorunur. Dron və raketlərin bu səddi aşması asan deyil.
Beynəlxalq reaksiya riski: Parad zamanı birbaşa və genişmiqyaslı hücum Ukraynanın beynəlxalq imicinə zərər vura bilər. Xüsusilə mülki itkilər olarsa, Qərbdə dəstək azala bilər.
Hücumun effektivliyi: Belə tədbirlərə hücumlar adətən rəmzi xarakter daşıyır və strateji nəticə vermir.
 

Ekspert nəticədə Ukraynanın bu günü informasiya və psixoloji müstəvidə istifadə etməyə daha çox meylli olacağını deyib. Real fiziki hücum riski var, amma bu, məhduddur və güclü Rusiya əks-tədbirləri ilə qarşılaşa bilər.

Fidan Hacızadə
Sfera.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sfera.az
archiveBu xəbər 08 May 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri